Məhkəmə qərarları › İş №3(048)-299/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-299/2023

23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-299/2023 23.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yetkinlik yaşına çatmayan Şəxs və valideyini X1 iştirakları ilə, xx.xx.2007-cı ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məktəbli, Lerik şəhəri E.Qarayev küçəsində valideyinləri ilə birlikdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Lerik RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 17 oktyabr 2023-cü il tarixdə saat 16:40-da Lerik şəhəri A.Əsədullayev küçəsində sürücülük hüququ olmadan idarə etdiyi Mitsubishi Airtek markalı ** EC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla düzgün manevr etmə qaydasını pozaraq VAZ 2106 markalı ** BE *** nömrə nişanlı avtomobillə toqquşmuş, hadisə zamanı hər iki avtomobilə maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs valideyini X1 iştirakı ilə məhkəmə iclası zamanı izahatında yuxarıda göstərilən inzibati xətanı törətməsini etiraf edərək əməlindən peşiman olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X2 məhkəməyə ərizə ilə müraciət edərək xəta törətmiş şəxsdən heç bir şikayət və tələbinin olmamasını bildirməklə xəta törətmiş şəxsə qanunamüvafiq qaydada köməklik edilməsini xahiş etmişdir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 19 oktyabr 2023-cü il tarixli AP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi vardır və o, Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən inzibati xətanı törədərkən yetkinlik yaşına çatmadığından onun barəsində inzibati tənbeh tətbiq edilərkən həmin Məcəllənin 32.1.2-ci maddəsinə görə həmin hal məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməli və onun barəsində inzibati qaydada cərimə tətbiq edilməlidir. İnzibati xəta törətmiş şəxs Şəxs İXM-in 32.1.2-ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi,əməlindən peşiman olması, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması və ilk dəfə inzibati xəta hadisəsi törətməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 32.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs barəsində inzibati qaydada cərimə cəzasının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2,40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar