Məhkəmə qərarları › İş №3(048)-3/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-3/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-3/2025 06.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 noyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 29 noyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə X6 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 noyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o 1955-ci ildə Lerik rayon Şingədulan kəndində doğulmaqla orada yaşayır, ali təhsilli müəllim olmaqla 23 dekabr 2019-cu il tarixdə keçirilmiş «Bələdiyyə seçkiləri»ndə bələdiyyə üzvü seçilməklə, 04 iyul 2022-ci il tarixdə Lerik rayonun Şingədulan bələdiyyəsinin bələdiyyə üzlərinin təşəbbüsü ilə bələdiyyə sədri seçilmişdir. Belə ki, Lerik RPŞ-in İTB-in sahə rəisi heç bir əsas olmadan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir. Lerik RPŞ-in İTB-in sahə rəisinin 18 oktyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, guya o, Lerik Rayonu Şingədulan kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması, yandırlması və yandırlma zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə inzibati qaydanı pozmuşdur. Lakin sözügedən hal mövcud deyildir. O, heç bir inzibati qayda pozmamışdır. Bu səbəbdən 18 oktyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş və idarəni rəisi tərəfindən 29 noyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən əsassız olaraq İXM-in 271-ci maddəsi ilə 2000 (iki min) manat cərimə edilmişdir. Bələdiyyə sədri işlədiyi müddətdə Lerik rayon Şingədulan bələdiyyəsi nümunəvi bələdiyyələrdən biri olmuşdur. Ərazidə yerli əhalinin köməkliyi ilə həmişə ekoloji təmizliyə riayət olunmuş, ekoloji tarazlıq qorunub saxlanılmılşdır. Belə ki, uzun müddət bundan öncə Şingədulan və Zenonu kəndlərinin ərazisində yolun kənarıda olan, yağış suları nəticəsində yaranmış çuxura tanımdıqları şəxslər tərəfindən tullantı vasitələri tökülmüş və həmin tullantı vasitələri kimlər tərəfindən atılması müəyyən deyildir. Həmin tullantı vasitələri artıq çürümüşdür. Bu səbəbdən onu Lerik RPŞ-yə dəvət edərək barəsində inzibati xəta haqqında prtokol tərtib etmişlər. Hesab edir ki, Lerik RPŞ-in İTB-in sahə rəisi tərəfindən barəsində qəbul edilmiş inzibati xəta haqqında protokolu əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 29 noyabr 2024cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olmaqla ləğv edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 şikayəti müdafiə edərək Lerik RPŞ-in İTB-in sahə rəisi tərəfindən barəsində qəbul edilmiş inzibati xəta haqqında protokolu əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş 29 noyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Lerik RPŞ-nin sahə rəisi, polis leytenatı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 və məişət tullantılarının qalaqlanması qaydalarını pozması faktı ilə bağlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi C.Hüseynov tərəfindən qəbul edilmiş 29 noyabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Lerik rayon Şingədulan bələdiyyəsinin sədri X6 xx.xx.2024-cü il tarixdə sənaye və məişət tullantılarının qalanqlanması qaydalarını pozduğundan Azərbaycan Respublikasının İXM-nin 217-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, 29 noyabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Lerik rayon Şingədulan bələdiyyəsinin sədri X1 və məişət tullantılarının qalanqlanması qaydaların pozması faktı ilə bağlı İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və tənbeh edilmişdir. Məhkəmə qeyd edir ki, X3 İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması müəyyən olunmur və bu barədə inzibati qərar qəbul etmiş orqan tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 tərəfindən Lerik rayonu, Şingədulan bələdiyyəsinin sədri kimi sənaye və məişət tullantılarının qalanqlanması qaydaların pozması ilə bağlı protokol tərtib edilsə də, həmin protokolun qəbul edilməsinə əsas olan hallar birbaşa və dolayısı yolla onun sənaye və məişət tullantılarının qalanqlanması qaydaların pozması faktını təsdiq etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X3 İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə tam faktoloji və hüquqi əsas verən heç bir mötəbər sübut yoxdur və belə bir sübut da məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə qəbul edilmiş qərarla bağlı qeyd edir ki, qərar İXM-nin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın blanklı qərarın “müəyyən edildi” bölməsində sadəcə olaraq Lerik RPŞ tərəfindən Şingədulan bələdiyyə sədri sənaye və məişət tullantılarının qalaqlanması qaydalarını pozduğu ilə bağlı qeydlər aparılmışdır. Həmin xanada əslində şəxsin törətdiyi xətanın nədən ibarət olması, yəni sənaye və məişət tullantılarının qalaqlanması qaydalarını hansı ərazidə pozması hansı əməllə icra edildiyinə aydınlıq gətirilməmiş, sadəcə olaraq İXM-nin diposiziyasında göstərilən əməllər sadalanmaqla kifayətlənmişdir. Göründüyü kimi, X3 İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi hər hansı sübutla təsdiq edilməmiş, onun barəsində qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin məzmununda qeyd edilmişdir ki, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxs mahiyyəti müəyyən olunmayan inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, X3 hüquqları kobud şəkildə pozulmuşdur. Bununla da X3 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda və inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: …135.1.5-

1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması… Beləliklə, məhkəmə işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayəti əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 2000 (iki min) manat məbləğində cərimə edilməsi ilə bağlı 29 noyabr 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 noyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar