Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-30/2024 08.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Lerik rayonu Tikəband kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, Lerik rayonu Tikəband kəndində ünvanında qeydiyyatda olmaqla, Cəlilabad rayonu “Xol Qışlaq” ərazsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının “Zəvvar” Ot sahə müfəttişi X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 29 dekabr 2023-cü il tarixli MN № ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş 29 dekabr 2023-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində təsərrüfatın “ot yeri” adlanan ərazisində qanunsuz ovla məşqul olarkən saxlanıldığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Lerik rayon Tikəband kəndində qeydiyyatda olmaqla, Cəlilabad rayonu ərazisndə yerləşən Xol Qışlaq ərazisində yaşayır. Təsərrüfatla məşquldur. Yaşadığı ərazsi çöllük sahədə yerləşdiyindən vəhşi heyvanlar orada çox olduğundan mal qaranı qorumaqdan ötrü rəsmi icazə ilə silah almışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının “Zəvvar” Ot sahə müfəttişi X1 həmin ərazidə olduğu vaxt onu silahla görmüş və ov edib-etməməsini soruşmuşdur. O, müfəttişə heç bir ov etmədiyini demişdir. Onun silahla şəkilin çəkib getmişlər. Lakin o heç bir ov etməmiş və inzibati xəta törətməmişdir. Odur ki, barəsində tərtib olunmuş protokolun ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmiş inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqanın bul etmiş ornümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının “Zəvvar” Ot sahə müfəttişi X1 və mühafizə yegeri Zəka Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli AA 000313 saylı aktdan görünür ki, Brokonyerliyə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən xidməti rey zamanı “ot yeri” adlanan ərazidə qanunsuz ovla məşqul olan Şəxs tərəflərindən saxlanılmış, üzərindəki 12 kalibrili MR 27 markalı, ********* saylı qoşalüləyə aid DİN BİTİ-i tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 1476 saylı şəhadətnamə təqdim etmişdir. Həmin şəxsin cantasına baxış keçirlmiş və heç bir ov qəniməti aşkar edilməmişdir. Lakin İXM-in 272.3-cü maddəsinə uyğun inzibati xəta törətmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, hesab edir ki, təqdim olunmuş sübutlarla inzibati xəta hadisəsi və əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə məsuliyyət nəzərdə tutur. İnzibati xəta haqqında protokoldan isə görünür ki, həmin protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində təsərrüfatın “ot yeri” adlanan ərazisində qanunsuz ovla məşqul olarkən saxlanıldığı üçün tərtib edilmişdir. Lakin protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının “Zəvvar” Ot sahə müfəttişi X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs konkret hansı hərəkətlərində (Ovçuluq haqqında, Heyvanlar Aləmi haqqında qanunun pozulması) ifadə olunduğunu göstərə bilməmişdir. Bununla yanaşı məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında materiallarda Şəxs göstərilən hərəkətlərə yol verildiyini təsdiq edən sənədlər və şahid ifadələri də mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən qanunsuz ov etmə faktı movcud olmadığından onun əməli İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibini yaratmır. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni Məcəllənin 53.0.1 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs nın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-30/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-30/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver