Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-30/2025 07.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru X1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Lerik rayonu, Amburdərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lerik rayonu, Amburdərə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayonu, Aşağı Amburdərə kənd sakini X5 10 noyabr 2024-cü il tarixdə, saat 14:41-də Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə telefon məlumatı verərək, pay torpağının hasarını sökmələri və yoldaşının 4 nəfər şəxs tərəfindən döyülməsini bildirmişdir. Şəxs 11 noyabr 2024-cü il tarixdə Lerik RPŞ-na ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin tarixdə özünə məxsus pay torpağında işləyərkən kənd sakinləri Zərərçəkmiş şəxs və arvadı Vəsilə Qasımova ona yaxınlaşaraq ünvanına nalayiq söyüşlər söyməyə başladılar. Onlara iradını bildirdikdə Azər əli ilə onun sifət nahiyəsindən zərbə vuraraq onu döymüşdür. Azər barəsində tədbir görülməsini xahiş etmişdir. Lerik rayonu, Aşağı Amburdərə kənd sakini Şəxs 10 noyabr 2024-cü il tarixdə, saat 14:29-da Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə telefon məlumatı verərək, münaqişə olmasını bildirmişdir. Lerik RMX-nın həkimi X11 RPŞ-nə telefon məlumatı verərək, Lerik rayonu, Aşağı Amburdərə kənd sakini 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ”sağ üst dodağının xırda sıyrıntısı” diaqnozu ilə xəstəxanaya müraciət etməsini bildirmişdir. Deməsinə görə həmkəndliləri tərəfindən döyülmuşdur. Lerik rayonu, Aşağı Amburdərə kənd sakini Zərərçəkmiş şəxs 11 noyabr 2024-cü il tarixdə, saat 14:41-da Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə telefon məlumatı verərək, Şəxs, Cəlil Babayev, Bayram Məmmədov və Rahib Məmmədov adlı şəxslər tərəfindən döyülməsini və Şəxs adlı şəxsin onu öldürməklə hədələməsi barədə işin Lerik RPŞ-də araşdırılmasından narazı olduğunu, münaqişə olmasını bildirmişdir. Lerik rayonu, Aşağı Amburdərə kənd sakini X5 12 noyabr 2024-cü il tarixdə, saat 16:26-da Azərbaycan Respublikası DİN-nin 102 XZM-nə telefon məlumatı verərək, Şəxs, Cəlil Babayev, Bayram Məmmədov və Rahib Məmmədov adlı şəxslərin əri Azəri döymələrini və Şəxs adlı şəxsin ərini öldürməklə hədələməsi barədə işin Lerik RPŞ-də aparılan araşdırmanın nəticəsindən narazı olduğunu bildirmişdir. Daxil olmuş məlumatlar əsasında Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Zərərçəkmiş şəxs və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Lerik RPŞ-yə göndərilməsi qərara alınmışdır. Lerik RPŞ-nin sahə inspektoru X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru X2 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Lerik rayonunun Aşağı Amburdərə kənd sakinləri Zərərçəkmiş şəxs ilə Şəxs arasında kənd ərazisində şəxsi münasibətlər zəmnində narazılıqları yaranmış və mübahisə etmişlər. Mübahisə zamanı Zərərçəkmiş şəxs Şəxs qəsdən yumruqla vuraraq sonuncunun üst dodaq nayihəsində sıyrıqla nəticələnən xəsarət yetirmiş, Şəxs da Zərərçəkmiş şəxs qəsdən yumruqla vuraraq sonuncunun sol alt çənə bucağı nahiyəsində qançırla nəticələnən xəsarət yetirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək hazırda Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs hazırda Şəxs ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən toplanmış material üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Lənkəran rayonlararası MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 92 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - üst dodaq nayihəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Lerik rayonunun Aşağı Amburdərə kənd sakinləri Zərərçəkmiş şəxs ilə Şəxs arasında kənd ərazisində şəxsi münasibətlər zəmnində narazılıqları yaranmış və mübahisə etmişlər. Mübahisə zamanı Zərərçəkmiş şəxs Şəxs qəsdən yumruqla vuraraq sonuncunun üst dodaq nayihəsində sıyrıqla nəticələnən xəsarət yetirmiş, Şəxs da Zərərçəkmiş şəxs qəsdən yumruqla vuraraq sonuncunun sol alt çənə bucağı nahiyəsində qançırla nəticələnən xəsarət yetirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-30/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-30/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver