Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-302/2025 15.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lerik rayonu, Piran kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 15 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatında bildirmişdir ki, Lerik Rayon Məhkəməsinin 2(048)-1120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 597,1 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında müvafiq qərarla icraata başlanılmış, qərarın surəti borclunun qeydiyyat ünvanına göndərilmiş, borclu barəsində icra tədbirləri başlanılmışdır. Lerik rayon dövlət notariat ofisinin 8İ-217 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 369,2 manat kredit borcu və 25 manat dövlət rüsumu tutularaq "xxxx" BOKT QSC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında müvafiq qərarla icraata başlanılmış, qərarın surəti borclunun qeydiyyat ünvanına göndərilmiş, borclu barəsində icra tədbirləri başlanılmışdır. Lerik rayon dövlət notariat ofisinin 8İ-626 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 1756,45 manat kredit borcu və 25 manat dövlət rüsumu tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında müvafiq qərarla icraata başlanılmış, qərarın surəti borclunun qeydiyyat ünvanına göndərilmiş, borclu barəsində icra tədbirləri başlanılmışdır. Lerik rayon dövlət notariat ofisinin 8İ-1377 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 192 manat kredit borcu və 25 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş, icraata başlamaq haqqında müvafiq qərarla icraata başlanılmış, qərarın surəti borclunun qeydiyyat ünvanına göndərilmiş, borclu barəsində icra tədbirləri başlanılmışdır. Borclu ilə əlaqə saxlanılmış, sms bildiriş göndərilmiş, lakin borc məbləğindən heç bir ödəniş etmədiyindən barəsində xx.xx.2025-ci il tarixdə axtarış qərarı qəbul edilmiş və icra edilməsi üçün Lerik rayon Polis şöbəsinə göndərilmişdir. Lerik rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Şəxs Lerik rayon İcra və Probasiya şöbəsinə gətirilimiş, borclu şəxsin izahatı alınmışdır. Borclu şəxs izahatında səhhəti ilə əlaqədar işdən çıxdığını, heç bir yerdə işləmədiyini, iş axtardığını bildirmişdir. Beləliklə borclu barəsində protokol tərtib edilmiş və aidiyyəti üzrə Lerik rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında səhhəti ilə əlaqədar işdən çıxdığını, hazırda heç bir yerdə işləmədiyini, bu səbəbdən borclarını ödəyə bilmədiyini, bir müddət qohumlarının evində qaldığını, hazırda Lerik rayonunda tək yaşadığını, iş axtardığını, işləyərək tələbkarlara olan borcundan ödənişlər edəcəyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-1120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 597,1 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-1120/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Lerik rayon dövlət notariat ofisinin 8İ-217 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, Şəxs 369,2 manat kredit borcu və 25 manat dövlət rüsumu tutularaq "xxxx" BOKT QSC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Lerik rayon dövlət notariat ofisinin 8İ-217 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Lerik rayon dövlət notariat ofisinin 8İ-626 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, Şəxs 1756,45 manat kredit borcu və 25 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Lerik rayon dövlət notariat ofisinin 8İ-626 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Lerik rayon dövlət notariat ofisinin 8İ-1377 nömrəli, xx.xx.2025ci il tarixli icra qeydindən görünür ki, Şəxs 192 manat kredit borcu və 25 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Lerik rayon İcra və Probasiya şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Lerik rayon dövlət notariat ofisinin 8İ-1377 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və axtarışla gətirilmişdir. Borcluya ödəniş edilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, üzürsüz səbəbdən öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 15 dekabr 2025-ci il tarixdən, saat 19:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 15 dekabr 2025-ci il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-302/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-302/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver