Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-303/2025 16.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1996-cı ildə Lerik rayonunun Vistən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, Lerik rayonunun Vistən kəndində qeydiyyatda olan, Şəxs barəsində Lerik Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-1594/2025 saylı, 18 iyun 2025-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 16 dekabr 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir.Həmin protokola əsasən Şəxs qıznın Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-1594/2025 saylı, 18 iyun 2025-ci il tarixli icra vərəqəsinə əsasən 2510 manat aliment borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-1594/2025 saylı, 18 iyun 2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq ondan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində aliment tutulub Zərərçəkmiş şəxs xeyrinə verilməsi qərara alınmışdır. Aliment qərarından gec məlumatı olmuşdur. Ona görə ödəməmişdir. Hazırda 2510 manat aliment borcundan 1800 manatını ödəyir. Qalıq borcunuda ayın sonunadək ödəyəcəkdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-1594/2025 saylı, 18 iyun 2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq borclu Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində aliment tutulub Zərərçəkmiş şəxs xeyrinə verilməsi qərara alınmışdır. İcra vərəqəsi Lerik Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. Dəfələrlə borcluya məlum qətnamənin icra edilməsi bildirlsə də borclu aliment borcundan ödəniş etməmişdir. Ona görə barəsində axtarış elan olunmuşdur.Hazırda borclu Şəxs üzərində 2510 manat ödənilməmiş aliment borcu vardır. Borclu Şəxs icra məmurunun qanuni tələbindən yayınaraq məhkəmə qərarının icrasını təmin etməmiş və üzərində olan aliment pulunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında dindirlmiş tələbkar Zərərçəkmiş şəxs bildirmşdir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-1594/2025 saylı, 18 iyun 2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq borclu Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində aliment tutulub Zərərçəkmiş şəxs xeyrinə verilməsi qərara alınmışdır.Hazırda alimenti tam tələb edir. Jalə Həsənova barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-1594/2025 saylı, 18 iyun 2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2021-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq borclu Şəxs sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində aliment tutulub Zərərçəkmiş şəxs xeyrinə verilməsi qərara alınmışdır.. İcraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin e-2(003)-1594/2025 saylı, 18 iyun 2025-ci il tarixli icra sənədi üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs oğlu heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs oğlu tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, tələbkarın izahatı,icra məmurunun ifadəsi, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 16 dekabr 2025-ci il tarixli MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin Şəxs məhkmə iclası zamanı aliment borcundan 1800(bir min səkkiz yüz) manat ödəniş etiyindən onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC, Milliön elektron ödəmə sistemi ilə , H....Y....Ş.... oğlunun hesabına 1800.00 AZN pul köçürülmüşdür. Azərbaycan Respublikasının 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xəta törətmiş Şəxs aliment borcunun çöx hissəsini ödəməsini,əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqadarında inzibati cərimə tətbiq edilsin. Qərarın icrası Lerik Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-303/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-303/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver