Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-306/2025 18.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1985-ci ildə Lerik rayonu,Hamarmeşə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, Lerik rayonunun Hamarmeşə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində müvəqqəti yaşayan Şəxs barəsində Lerik Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(060)-941/2014 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir.Həmin protokola əsasən Şəxsun Lənkəran Rayon Məhkəməsinin Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2 (060)-941/2014 saylı icra vərəqəsinə əsasən 17000 manat aliment borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2 (060)-941/2014 saylı icra vərəqəsinə əsasən ondan azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub X1 verilməsi qərara alınmışdır. Maddi imkanı olmadığından borcunu ödəyə bilmir.Bakı şəhərində kirayədə yaşayır, fəhləliklə dolanlır. Üç uşağı vardır. Müəyyən olunmuş aliment borcunu hissə-hissə ödəycəyinə söz verir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2 (060)- 941/2014 saylı icra vərəqəsinə əsasən Şəxs azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub X1 verilməsi qərara alınmışdır. İcra vərəqəsi xx.xx.2015-ci il tarixdə Lerik Rayon İcra və Probasiay Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. Borclu Şəxs icra məmurunun qanuni tələbindən yayınaraq məhkəmə qərarının icrasını təmin etməmiş və üzərində olan aliment pulunu ödəməkdən yayınmışdır. Hazırda onların hesablamalrına görə Şəxs üzərində 17000 manat ödənilməmiş aliment borcu vardır. Borclu Şəxs icra məmurunun qanuni tələbindən yayınaraq məhkəmə qərarının icrasını təmin etməmiş və üzərində olan aliment pulunu ödəməkdən yayınmışdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2 (060)-941/2014 saylı icra vərəqəsinə əsasən bir nəfər azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1 verilməsi qərara alınmışdır. İcraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2 (060)-941/2014 saylı icra sənədi üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru N.S.Əliyev tərəfindən xx.xx.2015-ci il tarixdə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun ifadəsi, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilsin. Qərar dərhal icra olunsun. Qərarın icrası Lerik Rayon Polis Şöbəsinə həvalə olunsun. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 15:20-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-306/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-306/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver