Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-31/2025 08.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, X3 İTB-in sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Lerik rayonu, Zərdəbərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Lerik rayonu, Zərdəbərə kəndində qeydiyyatda olmaqla orada yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 08 yanvar 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat Lerik Rayon Zərdəbərə kəndində həmkəndlisi Zərərçəkmiş şəxs qarşı nalayıq ifadələr işlətməklə inzibati qaydanı pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında X3 İTB-in sahə rəisi, polis leytenantı X2 bildirdi ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə DİN-in 102 XZM-nə zəng vuraraq Lerik rayon Zərdəbərə kənd sakini Şəxs ona hücum etməsini bildirmişdir. Müraciətlə bağlı tərəfindən araşdırma aparılmış və Şəxs xx.xx.2025-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs təhqir etməsi müəyyən olunduğundan barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Odur ki, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs telefonla həyətlərində çəkiliş apardığından aralarında mübahsə baş vermiş ona görə onu söymüşdür. Hazırda söyüş söydüyünə görə əməlindən peşimandır. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirlmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə qonşusu Şəxs onu söyüb təhqir etmişdir. Hazırda Vaqiflə barışmamışdır. Ona görə də onun barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 08 yanvar 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Lerik rayon Məhkəməsinin 3(048)-76/2024 saylı 29 mart 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat miqdarında cərimə edilmişdir. Məhkəmə, Şəxs əməlindən peşiman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti İXM-in 33.1.2-ci maddəsinə əsasən ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. İş materiallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 65 yaşı tamam olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilərkən İXM-in 30.2-ci maddəsi nəzərə alınmalıdır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, altmış beş yaşına çatmış olmasını nəzərə alaraq, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-31/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-31/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver