Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 3(048)-311/2025 21.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi ilə, xx.xx.1990-cı ildə Lerik rayonu, Cəngəmiran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Lerik rayonu, Cəngəmiran kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 19 dekabr 2025-ci il tarixdə saat 23:10 radələrində Lerik RPŞ-nin inzibati binasında ictimai qaydanı qoruyan polis əməkdaşlarının qanuni tələblərinə riayət etmədiyindən İXM-in 535.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. (həmin iş 3 (048)-311/2025 nömrə ilə qeydə alınmışdır) Eyni zamanda Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir.(həmin iş 3 (048)-310/2025 nömrə ilə qeydə alınmışdır) Məhkəmə Lerik RPŞ-nin sahə rəisi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 21 dekabr 2025-ci il tarixli MN ******* saylı və 21 dekabr 2025-ci il tarixli MN ******* saylı protokollar və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, göstərilən inzibati xəta haqqında protokollar birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.2-ci madəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-cı maddələri tərtib edilmiş protokollar üzrə inzibati materiallara birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Göstərilən inzibati işin nömrəsi 3 (048)-310/2025 müəyyən edilsin. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-311/2025
Lerik Rayon Məhkəməsi Qərardad — İş №3(048)-311/2025
21.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver