Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-315/2023 27.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-ci ildə Lerik Rayon Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Lerik Rayon Günəşli kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:40 radələrində Bobogil kəndi ərazisində Lerik rayon polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, polislərin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclası zamanı dindirilmiş Lerik RPŞ-nin PPXB-in polis baş leytantı X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə 14:30 radələrində Lerik rayonun Günəşli kəndindən keçən hissəsində xidmətdə olduğu zaman Zil -131 marakalı avtomobilin yük hissəsində odun daşındığı müşahidə edilmişdir. Həmin avtomobilə saxla işarəsi verərək avtomobili saxladaraq avtobildə sərnişin qismində olan bir nəfər şəxs daşınacaq oduncağa aid olan bileti təqdim etmişdir. Həmin biletin lerik rayon peşə məktəbinə aid olduğu məlum olmuşdur. Lakin həmin sərnişin meşənin gözətçisi olduğu və daşınan oduncağın Lerik rayon Babagil kənd ərazisində yerləşən anbara apardığını bildirmişdir.Həmin yükdə qanunsuz meşə materialı şübhəsi olduğu üçün oduncaq anbara tökülərkən oduncağın onların iştirakı ilə anbara tökülməsini bildirmişdir. Oduncaq həyətdəki anbara tökülən zaman özünü meşə gözətçisi kimi təqdim edən şəxs Şəxs onların işinə mane olmağa başlamışdır və o, polis əməkdaşları ilə yüksək səs tonu ilə danışaraq onları hədələmişidr. Onu intizama dəvət etsələrdə onların qanuni tələblərinə tabe olmamışdır. Ona görə də raportla şöbəyə müraciət etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş X4 şahid qismində dindirlmiş X1 izahatına uyğun izahat verdi. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Lerik RPŞnin İTB-nin sahə rəisi polis mayoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə gecə saat 23:00 radlərində inzibati qaydada tutulmuşdur. İnzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə gecə saat 23:00 -dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-315/2023
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-315/2023
27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver