Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-315/2024 16.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X1, Barəsində iznibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakıilə, xx.xx.1999-cu ildə Astara rayonunun Asxanakəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran rayonu Bürcəli kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Lerik RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 16 noyabr 2024-cü il tarixdə saat 00:30 radələrində 1 ədəd 16 kalibirli nömrəsi silinmiş, yivsiz tək lüləli ov silahı ilə Lerik rayonun Hamarat kəndində qardaşı Emin Telezadə ilə 2 ədəd meşə cüllütünü ovlamış və təbibətə 220 manat ziyan vurmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta törətmişdir.Bununla əlaqədar onun barəsində 16 noyabr 2024-cü il tarixli, MN № ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı barəsində iznibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özün qismən təqsirli bilərək izahatında göstərdi ki,16 noyabr 2024-cü il tarixdə qardaşı Emin ilə birlikdə Lerik rayonu Hamarat kəndində yaşayan yeznəsinin evinə gələrək onun heyvanların axdarmaq məqsədi ilə meşəyə getmişdir.Özləri ilə Lənkaran rayonundan ov tüfəngi gətirmişlər.Meşə ərazisində qardaşı Emin başqa istiqaməti o, isə başqa istiqamətdə heyvanları axtarmışılar.Polis əməkdaşları ona yaxınlaşarkən onun üzərində ağac parcasından başqa nə silah nədədki ovlanmış çöl quş olmamışdır.Ov silahı qardaşı Emində olmuşdur.Çöl quşlarının hər ikisində qardaşı Emin tərəfindən ovlanmışdır.Törətdiyi əməldən peşimandır..Odur ki, ona qanunamüvafiq qaydada köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X1 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, təqdim olunmuş raporta əsasən Lənkaran rayon Bürcəli kən sakini X2 qardaşı Şəxs ilə birlikdə 16 noyabr 2024-cü il tarixdə saat 00:30 radələrində Lerik rayonunun Hamarat kəndində 1 ədəd 16 kalibrli, nömrəsi silinmiş, yivsiz, tək lüləli ov silahı ilə iki ədəd meşə cüllütünü ovlamış və nəticədə təbiətə 220 manat ziyan vurduğlar üçün barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi əsasən protocol tərtib edilmişdir. Materiala əlavə edilmiş 16 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan və həmin qərar əsasında tərtib edilmiş inzibati xəta haqqında 16 noyabr 2024-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarda olan Lerik RPŞ-in TQ-un təhqiqatçısı, polis baş leytenantı Haldun Məmmədli tərəfindən qəbul edilmiş 16 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 1 ədəd 16 kalibirli nömrəsi silinmiş, yivsiz, tək lüləli ov silahına məxsus şəhadətna yoxdur. İş materiallarından müəyyən olunur ki, şəhadətnaməsiz, 1 ədəd 16 kalibirli nömrəsi silinmiş, yivsiz, tək lüləli ov silahı hazırda Lerik RPŞ-də saxlanılır. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli 3(048)-316/2024 saylı inzibati iş üzrə qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddələrində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (min) manat miqdarında cərimə edilməklə üzərindən götürülmüş 1 ədəd 16 kalibirli nömrəsi silinmiş, yivsiz, tək lüləli ov silahı müsadirə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İş materiallarında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası tətbiq edilməsi daha məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddələrində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat miqdarında cərimə edilsin. Lerik Rayon Məhkəməsinin 3(048)-316/2024 saylı qərarı ilə 1 ədəd 16 kalibirli nömrəsi silinmiş, yivsiz, tək lüləli ov silahının müsadirə olunması nəzərə alınsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lerik Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-315/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-315/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver