Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-316/2023 29.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, X4 Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi C.Cababrlı küçəsi ev2-də qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 -ci maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:10 radələrində Lerik rayon Piran kəndi ərazisində Lerik RPŞ-in DYP polis əməkdaşlarını nalayıq ifadələrlə təhqir etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əsəbi olduğundan polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclası zamanı Lerik RPŞ-in DYPB-in polis serjantı Şahid2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Lerik RPŞ-in DYPB-in polis serjantı X3 ilə Lerik rayon Piran kəndi ərazisində xidmətdə olarkən, Opel Astar markalı ** UL *** dövlət qeydiyyat nömrəli avtomobil tərəflərindən saxlanılmış və sürücü qanunsuz taksi fəaliyyəti ilə məşqul olması müəyyən olunduğundan barəsində inzibati prtokol tərtib edilməklə cərimə olunduğundan yüksək səslə onların ünvanına nalayıq ifadələr işlədərək təhqir etdi. Onu intizama dəvət etsələrdə o sakitləməyərək yenidən onları təhqir etmişdir. Bu zaman yaxınlıqda olan PPX-in əməkdaşları onu intizama dəvət etsələrdə lakin həmin şəxs onlaraın qnuni tələblərinə tabe olmamışdır. Ona görə də PPX-in əməkdaşları raportla Lerik RPŞ-nə müraciət etdilər. Məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Lerik RPŞ-in DYPB-in polis serjantı X3 şahid qismində dindirlmiş Lerik RPŞ-in DYPB-in polis serjantı Şahid2 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Lerik RPŞnin İTB-nin sahə rəisi polis kapitanı X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30 radlərində inzibati qaydada tutulmuşdur. İnzibati xəta törətmiş Şəxs əməlindən peşiman olması, ilk dəfə inzibati xəta törətməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 07, 53, 114, 115, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-316/2023
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-316/2023
29.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver