Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-318/2023 07.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 və qərarından şikayət verilmiş Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X3 iştirakı ilə, xx.xx.1978-ci ildə Lerik rayonunun Lerik qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, Lerik şəhəri N.Nərimanov küçəsi ev 39-da qeydiyyatda olmaqla orada yaşayan, Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X5 tərəfindən tərtib olunmuş 14 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X5 tərəfindən qəbul edilmiş 14 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərardan şikayət verərək Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X5 tərəfindən tərtib olunmuş 14 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxs X4 şikayətini müdafiə edərək izahatında göstərdi ki, Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X5 tərəfindən əsassız olaraq cərimə edilmişdir. Sahə rəisi protokol tərtib edərkən ticarət obyektinin kimə məxsus olduğunu araşdırmadan qərar qəbul etmişdir. Belə ki, o, İİ qrup əlildir. Həmçinin inzibati protokol ona göndərilərkən möhürlənməmişdir. Hesab edir ki, o, heç bir inizbati xəta hadisəsi törətməmiş. Barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol və qərar qanunsuz və əsassızdır. Ona görə də qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı qərarından şikayət verilmiş Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X5 izahatında göstərdi ki, X1 şəhəri “Avtovaqzal” ərazidsində sahibkarlıq fəaliyyəti ilə məşquldur. xx.xx.2023-cü il tarixdə S.Ramazanovun işlətdiyi ticarət obyektinin qarşısında olarkən ticarət obyektinin qabaq hissəsində səkidə məhsulların mağazanın qarşısına yığaraq satışı ilə məşqul olduğunu görmüşdür. Ona görə də barəsində inzibati xəta haqqında prtokol tərtib edərək cərimə etmişdir. S.Ramazanov barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərar qanuni və əsaslıdır. Ona görə də şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını tədqiq edib, sübutlara obyektiv, hüquqi qiymət verərək belə hesab edir ki, şikayət vermiş şəxs X2 Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X5 tərəfindən tərtib olunmuş 14 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində göstərilir ki, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. Göründüyü kimi şikayət vermiş şəxs X4 qanunsuz küçə ticarəti ilə məşqul olmaqla qanunvericiliyin tələblərini pozduğundan əməlində Azərbaycan Respublikası İXM-nin 454cü maddəsinin tərkibi yaranmış və bu səbəbdən də o, inzibati məsuliyyətə cəlb olunaraq barəsində tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göstətilənlərə əsasən məhkəmə hesab edir ki, Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X5 tərəfindən tərtib olunmuş 14 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmiş və həmin protokol əsasında tərəfindən qəbul edilmiş 14 oktyabr 2023-cü il tarixli MN ******* saylı qərar da əsaslı və qanunidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 105, 114, 115, 128-130, 133-134-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X5 tərəfindən tərtib olunmuş 14 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-318/2023
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-318/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver