Məhkəmə qərarları › İş №3(048)-318/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-318/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-318/2024 21.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lerik RPŞ-nin sahə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:45 radələrində Lerik şəhəri, Nizami küçəsində söyüşlər söyərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli, 001609 nömrəli protokoldan görünür ki, Şəxs alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis baş leytenantı X5 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, təqdim olunmuş raporta əsasən xx.xx.2024-cü il tarixində, saat 22:45 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X3 PPXB-nin polis nəfəri, polis kiçik serjantı X4 ilə birlikdə xidmətdə olduqları zaman Lerik rayonu Nizami küçəsində yerləşən “Fərid” kafesində sərxoş vəziyyətdə olan Lerik rayon sakini Şəxs Lerik rayon sakini X1 döyməsi və hadisə yerindən qaçması barədə məlumat daxil olmuşdur. Onlar Lerik rayon Nizami küçəsində yerləşən “Halal” marketin qarşısında sərxoş vəziyyətdə olan Şəxs görmüşlər. Şəxs ünvansız küçə söyüşləri söyərək həmin ərazidən getmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmış, onu dəfələrlə nizam intizama dəvət etsələr də, Şəxs öz əməllərindən əl çəkməyərək onları hədələməyə başlamışdır. Polisin qanuni tələblərinə məhəl qoymayan Şəxs polis əməkdaşları tərəfindən RPŞ-yə gətirilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində Lerik rayonu Nizami küçəsində yerləşən “Fərid” kafedəsində tanışı ilə oturaraq yemək yemiş və spirtli içki qəbul etmişdir. Daha sonra həmin kafedə bir nəfər şəxslə mübahisə etmiş və ona yumruq atmışdır. O, hadisədən sonra kafeni tərk etmiş və marketin qarşısına gəlmişdir. Bu zaman polis əməkdaşları onu görmüş və şöbəyə dəvət etmişlər, o da marketdən siqaret alıb gələcəyini bildirmiş, lakin sonradan cibində siqaret olduğunu görmüş və polis əməkdaşları ilə şöbəyə getmişdir. Saxlanılan zaman söyüş söyməmiş və eləcə də polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X3 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində, saat 22:45 radələrində PPXB-nin polis nəfəri, polis kiçik serjantı X4 ilə birlikdə xidmətdə olduqları zaman Lerik rayonu, Nizami küçəsində yerləşən “Fərid” kafesində sərxoş vəziyyətdə olan Lerik rayon sakini Şəxs Lerik rayon sakini X1 döyməsi və hadisə yerindən qaçması barədə məlumat daxil olmuşdur. Onlar Lerik rayon Nizami küçəsində yerləşən “Halal” marketin qarşısında sərxoş vəziyyətdə olan Şəxs görmüşlər. Şəxs ünvansız küçə söyüşləri söyərək həmin ərazidən getmək istəyərkən onlar tərəfindən saxlanılmış, onu dəfələrlə nizam intizama dəvət etsələr də, Şəxs öz əməllərindən əl çəkməyərək onları hədələməyə başlamışdır. Polisin qanuni tələblərinə məhəl qoymayan Şəxs onlar tərəfindən RPŞ-yə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində, saat 22:45 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X3 ilə birlikdə xidmətdə olduqları zaman Lerik rayonu, Nizami küçəsində yerləşən “Fərid” kafesində sərxoş vəziyyətdə olan Lerik rayon sakini Şəxs Lerik rayon sakini X1 döyməsi və hadisə yerindən qaçması barədə məlumat daxil olmuşdur. Onlar Lerik rayon Nizami küçəsində yerləşən “Halal” marketin qarşısında sərxoş vəziyyətdə olan Şəxs görmüşlər. Şəxs ünvansız küçə söyüşləri söyərək həmin ərazidən getmək istəyərkən onlar tərəfindən saxlanılmış, onu dəfələrlə nizam intizama dəvət etsələr də, Şəxs öz əməllərindən əl çəkməyərək onları hədələməyə başlamışdır. Polisin qanuni tələblərinə məhəl qoymayan Şəxs onlar tərəfindən RPŞ-yə gətirilmişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli protokolu tərtib etmiş orqanın nümayəndəsinin, şahidlərin izahatları və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixində, saat 22:45 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X3 PPXB-nin polis nəfəri, polis kiçik serjantı X4 ilə birlikdə xidmətdə olduqları zaman Lerik rayonu Nizami küçəsində yerləşən “Fərid” kafesində sərxoş vəziyyətdə olan Lerik rayon sakini Şəxs Lerik rayon sakini X1 döyməsi və hadisə yerindən qaçması barədə məlumat daxil olmuşdur. Onlar Lerik rayon Nizami küçəsində yerləşən “Halal” marketin qarşısında sərxoş vəziyyətdə olan Şəxs görmüşlər. Şəxs ünvansız küçə söyüşləri söyərək həmin ərazidən getmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmış, onu dəfələrlə nizam intizama dəvət etsələr də, Şəxs öz əməllərindən əl çəkməyərək onları hədələməyə başlamışdır. Polisin qanuni tələblərinə məhəl qoymayan Şəxs polis əməkdaşları tərəfindən RPŞ-yə gətirilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:45 radələrində Lerik şəhəri, Nizami küçəsində söyüşlər söyərək və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal hesab edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halları, məsuliyyəti yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 08 (səkkiz) gün müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 20 noyabr 2024-cü il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 20 noyabr 2024-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar