Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-319/2024 23.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Musayev Hökməli Oktay oğlunun katibliyi, Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lerik şəhəri, Nizami küçəsi ev 75, mənzil 2-də qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 23 noyabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:40 radələrində Lerik şəhəri ərazisində “Buta” adlı kafedə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, təqdim olunmuş raporta əsasən xx.xx.2024-cü il tarixdə, saat təxminən 20:40 radələrində Lerik şəhəri ərazisində yerləşən “Buta” kafesinin sahibi Cavid Məmmədov DİN-in 102 XZM-nə etdiyi müraciətlə əlaqədar Lerik RPŞ-in İTB-in rəisi Emil Aslanov hadisə yerinə getmiş və hadisə ilə bağlı kafedə ofisant işləyən Xaliq Şahiyevdən məlumat aldıqda Şəxs tərəfindən kafedə səs-küy saldığını bildirlmişdir. Hadisə ilə bağlı Şəxs hadisənin hansı şəraitdə baş verməsini şoruşduqda, hadisə ilə bağlı məlumat verməkdən imtina etmiş və “məni heç kim polis şöbəsinə apara bilməz”, “nə etmişəmsə, düz etmişəm” kimi ifadələr işlədərək hadisə yerindən yayınmağa cəhd göstərmişdir. Onu dəfələrlə inztizama dəvət etsələrdə, o intizamsızlıq edərək polisin qanuni tələbinə tabe olmadığı üçün o, Lerik RPŞnə gətirilmiş, şöbədə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək xx.xx.2024-cü il tarixdə Buta kafesində səs-küy salsmış və əməlindən peşimançılıq hissi keçir. Lakin polisin qanuni tələblərinə tabe olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid X5 İTB-in rəisi, polis polkovnik leytenantı X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 20:40 radələrində Lerik şəhəri ərazisində yerləşən “Buta” kafesinin sahibi Cavid Məmmədov DİN-in 102 XZM-nə etdiyi müraciətlə əlaqədar hadisə yerinə getmiş və hadisə ilə bağlı kafedə ofisant işləyən Xaliq Şahiyevdən məlumat aldıqda Şəxs tərəfindən səs-küy saldığını bildirlmişdir. Hadisə ilə bağlı Şəxs hadisənin hansı şəraitdə baş verməsini şoruşduqda, o, hadisə ilə bağlı məlumat verməkdən imtina etmiş və “məni heç kim polis şöbəsinə apara bilməz”, “nə etmişəmsə, düz etmişəm” kimi ifadələr işlədərək hadisə yerindən yayaınmağa cəhd göstərmişdir. Onu dəfələrlə inztizama dəvət etsədə, o intizamsızlıq edərək polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. İş materiallarında olan X5 İTB-in rəisi, polis polkovnik leytenantı X4 tərəfindən tərtib olunmuş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 20:40 radələrində Lerik şəhəri ərazisində yerləşən “Buta” kafesinin sahibi Cavid Məmmədov DİN-in 102 XZM-nə etdiyi müraciətlə əlaqədar Lerik RPŞ-in İTB-in rəisi Emil Aslanov hadisə yerinə getmiş və hadisə ilə bağlı kafedə ofisant işləyən Xaliq Şahiyevdən məlumat aldıqda hadisəni Şəxs tərəfindən törədildiyi bildirlmişdir. Hadisə ilə bağlı Şəxs hadisənin hansı şəraitdə baş verməsini şoruşduqda, hadisə ilə bağlı məlumat verməkdən imtina etmiş və “məni heç kim polis şöbəsinə apara bilməz”, “nə etmişəmsə, düz etmişəm” kimi ifadələr işlədərəkhadisə yerindən yayaınmağa cəhd göstərmişdir. Onu dəfələrlə inztizama dəvət etsələrdə, o intizamsızlıq edərək polisin qanuni tələbinə tabe olmadığı üçün Lerik RPŞ-nə gətirilmişdir. İş materiallarında olan X5 İTB-in sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib olunmuş 22 noyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:30-da inzibati qaydada tutulmuşdur. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:40 radələrində Lerik şəhəri ərazisində yerləşən “Buta” kafesində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə həbs növündə inzibati tənbeh tədbiq edilməlidir. Qeyd edilənləri, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini qanunverciliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində aşağı həddə həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 22 noyabr 2024-cü il tarixdən saat 02:30-dan hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-319/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-319/2024
23.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver