Məhkəmə qərarları › İş №3(048)-320/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-320/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-320/2024 24.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X8, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri X9 və X6 iştirakları ilə, X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X13 Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X13 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o uzun müddətdir ki, Lerik rayonunun ərazisində yerləşən “Çənlibel” İstirahət Mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və Vergi orqanına məlumat verməklə fəaliyyətini 27 sentyabr 2022-ci il tarixdə müvəqqəti dayandırmışdır. Sahibkarlıq fəaliyyəti dövründə o, daim öz işini qanunların tələb etdiyi çərçivədə qurmaqla ekologiyanın qorunmasına və sanitariya qaydalarına riayət edilməsinə diqqət vermişdir. Buna baxmayaraq, 16 sentyabr 2024-cü il tarixdə ona Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən ÇBM/4024-349 nömrəli məktub əldə etmişdir ki, həmin məktubda Lənkəran-Lerik yolunun 22 km yerləşən “Çənlibel” istirahət mərkəzində çirkab su quyusunun çirkab suların ətrafa axıdılması faktı ilə bağlı Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə uyğun olaraq barəsində tərtib edilmiş 13 sentyabr 2024-cü il tarixli 86719 Akt, MN № ******* saylı inzibati protokol və toplanmış sənədlər əsasında 27 sentyabr 2024-cü il tarixdə araşdırma aparıldığı qeyd edilmişdir. Lakin, qeyd edilən məktub bildiriş ona qeyd edilən tarixdən sonra gəldiyindən o, vaxtında qeyd edilən iclasda iştirak edə bilməmişdir. Bundan sonra, onun ünvanına göndərilən ikinci məktubla ona məlum olmuşdur ki, barəsində tərtib edilən 13 sentyabr 2024-cü il tarixli, MN № ******* saylı protokolla o, Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərar ona poçt vasitəsi ilə 23 oktyabr 2024-cü il tarixdə təqdim edilmişdir. Həmin protokol və qərarla tanış olduqdan sonra ondan narazı qaldığı üçün hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə hesab edir ki, barəsində tərtib edilən MN № ******* saylı protokol qanunsuz və əsassız olmaqla yanaşı əslində törətmədiyi inzibati xətada ittiham olunmuşdur. Belə ki, əgər hazırki şikayət ərizəsinə əlavə edilən qərarından şikayət verilən şəxsin ona ünvanladığı xx.xx.2024-cü il tarixli ÇBM/4024- 349 saylı məktuba nəzər salsaq görərik ki, orada onu 13 sentyabr 2024-cü il tarixli 86719 saylı MN № ******* saylı protokol üzrə araşdırma aparılmasına dəvət etsələr də, sonradan ona təqdim edilən məktuba MN № ******* saylı protokol əlavə edilmişdir. Bu isə onu deməyə əsas verir ki, qərarından şikayət verilən şəxs barəsində araşdırma apararkən əslində olmayan protokol üzrə icraat başlamış və nəticədə belə bir qanunsuz protokol tərtib edilmişdir. Bundan əlavə, qərarından şikayət verilən şəxs tərəfindən tərtib edilən və 30 avqust 2024-cü il tarixdə dərc edilən informasiya Bülleteninə nəzər salsaq barəsində tərtib edilən qərarın qanunsuzluğu bir daha öz təsdiqini tapar. Belə ki, sahibkarlıq fəaliyyəti göstərdiyi “Çənlibel” X15 rayonunun ərazisində yerləşməklə turizm xidməti göstərir ki, lakin, həmin bülletendə Masallı-Yardımlı yolunun kənarında fəaliyyət göstərən istirahət mərkəzlərində monitorinqlər keçirildiyi qeyd edilir və həmin hissədə bir neçə istirahət mərkəzinin adı qeyd edilir ki, “Çənlibel” İstirahət Mərkəzi də məhz həmin siyahıdadır. Həmin bülletendə qeyd edilənlərlə bir daha təsdiq edilir ki, çirab suların axıdıldığı deyilən “Çənlibel” istirahət mərkəzi sahibkarlıq fəaliyyəti göstərdiyi deyil, eyni adlı digər istirahət mərkəzidir ki, bu hal qərarın qanunsuz olaraq barəsində tərtib edildiyini göstərən növbəti haldır. Belə ki, ona təqdim edilən protokolda və bülletendə yol verilən inzibati xətanın guya çirkab su quyusundan çirkab suların ətrafa axıdıldığı qeyd edilsə də, cədvəldə yol verilən inzibati xəta kimi iaşə obyektində qaz-toxtutucu təmizləyici qurğunun quraşdırılmadığının müəyyən edildiyi göstərilmişdir. Bu uyğunsuzluqların özü də qərarın törədilməyən inzibati xəta haqqında tərtib edildiyini, əslində heç bir inzibati xəta olmamasına baxmayaraq əsassız yerə məsuliyyətə cəlb edildiyimi təsdiq edir. Bundan əlavə, qərarından şikayət verilən şəxs qeyd edilən qərarı tərtib edərkən yuxarıda qeyd edilən pozuntularla yanaşı, sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə bağlı qanunvericiliyin tələblərini də kobud şəkildə pozmuşdur. Belə ki, yenə şikayət ərizəsinə əlavə edilən informasiya bülleteninə nəzər salsaq görərik ki, barəsində tərtib edilən qərar Masallı, Lənkəran, Yardımlı və Lerik rayonları ərazilərində keçirilmiş monitorinqlərin nəticəsidir ki, həmin monitorinqlər nəticəsində barəsində şübhəli qərar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X13 şikayəti müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X14 şikayətə etiraz edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 Monitorinq İdarəsinin iş planının 5-ci bəndinə uyğun olaraq idarənin əməkdaşları tərəfindən Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarının bir sıra ictimai iaşə obyektlərində tullantıların kəmiyyət və keyfiyyət göstəricilərinin ekoloji kriteriyalarının müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun idarə olunması, atmosfer havasına atılan zərərli qaz qarışıqlarının öyrənilməsi, Azərbaycan Dövlət Su Ehtiyatlan Agentliyinə məxsus olan Yardımlı və Masallı rayonu X5 Kompleksinin iş prinsipinin araşdırılması məqsədilə növbəti monitorinq işləri həyata keçirilmişdir. Monitorinq zamanı Masallı-Yardımlı yolunun kənarında fəaliyyət göstərən ailəvi istirahət mərkəzlərində ekoloji monitorinqlər keçirilmişdir. Araşdırmalar zamanı sözügedən obyektlərdə qaz-toztutucu təmizləyəci qurğuların quraşdırılmadığı, formalaşan bərk məişət tullantılarının və tullantı suların daşınması ilə bağlı müqavilə sənədlərinin olmadığı müəyyən olunmuşdur. Həmçinin, bu müəssisələrdə yerləşən şambolara baxış zamanı onların hermetik olmadığı və bu səbəbdən də tullantı sularının torpağa hopması və relyefə sızması halları müəyyən edilmiş, eyni ekoloji problem Lerik-Lənkəran yolunun kənarında fəaliyyət göstərən “Çənlibel” ailəvi istirahət mərkəzində də monitorinq zamanı müşahidə olunmuşdur. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 Xəzər Nicat oğlunun izahatına uyğun izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 Monitorinq İdarəsinin Masallı, Lonkoran, Yardımlı və Lerik rayonları ərazilərində keçirilmiş monitorinqlor haqqında İnformasiya Bülletenindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 Monitorinq İdarəsinin iş planının 5-ci bəndinə uyğun olaraq idarənin əməkdaşları tərəfindən Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarının bir sıra ictimai iaşə obyektlərində tullantıların kəmiyyət və keyfiyyət göstəricilərinin ekoloji kriteriyalarının müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun idarə olunması, atmosfer havasına atılan zərərli qaz qarışıqlarının öyrənilməsi, Azərbaycan Dövlət Su Ehtiyatlan Agentliyinə məxsus olan Yardımlı və Masallı rayonu X5 Kompleksinin iş prinsipinin araşdırılması məqsədilə növbəti monitorinq işləri həyata keçirilmişdir. Monitorinq zamanı Masallı-Yardımlı yolunun kənarında fəaliyyət göstərən “Turist”, “Şəlalə”, “Qoşa palıd”, “Dəmir ağac”, “Qaya”, “Beş qardaş”, “Yeddi Bulaq”, “Turan", “Köhnə Məkan”, “Retro”, “Planet”, “Qrand”, “Gölüstü”, “Rexso”, “Çənlibel”, “Yaşıl Vadi”, “Qala”, “Viləş Palace”, “İstisu”, “Nağıl dünyası”, “Gülüstan”, “Yanardağ” və “Şahin” ailəvi istirahət mərkəzlərində ekoloji monitorinqlər keçirilmişdir. Araşdırmalar zamanı sözügedən obyektlərdə qaz-toztutucu təmizləyəci qurğuların quraşdırılmadığı, formalaşan bərk məişət tullantılarının və tullantı suların daşınması ilə bağlı müqavilə sənədlərinin olmadığı müəyyən olunmuşdur. Həmçinin, bu müəssisələrdə yerləşən şambolara baxış zamanı onların hermetik olmadığı və bu səbəbdən də tullantı sularının torpağa hopması və relyefə sızması halları müəyyən edilmiş, eyni ekoloji problem Lerik-Lənkəran yolunun kənarında fəaliyyət göstərən “Çənlibel” ailəvi istirahət mərkəzində də monitorinq zamanı müşahidə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 13 sentyabr 2024-cü il tarixli, 86719 nömrəli aktdan görünür ki, X18 Monitorinq idarəsinin iş planının 5-ci bəndinə uyğun olaraq həmin idarənin əməkdaşları tərəfindən digər rayonlarla yanaşı Lerik rayonunda tullantıların kəmiyyət və keyfiyyət göstəricilərinin ekoloji kriteriyalarının müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun idarə olunması, atmosfer havasına atılan zərərli qaz qarışıqlarının öyrənilməsi məqsədilə növbəti monitorinq işləri həyata keçirilmişdir. Monitorinq zamanı tullantı sularının torpağa hopması və relyefə sızması halları Lənkəran-Lerik yolunun sol hissəsində yerləşən “Çənlibel” istirahət mərkəzində müşahidə olunmuşdur. Məlum olmuşdur ki, “Çənlibel” istirahət mərkəzinin ərazisində olan çirkab su quyusu hermetik tikilməmiş və bu səbəbdən həmin çirkab su quyusundan çirkab sular kənara yəni relyefə axıdılır. Məlum olmuşdur ki, “Çənlibel” istirahət mərkəzi tərəfindən “şəhər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydlarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 saylı qərarının tələbləri pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X14 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Lənkəran-Lerik yolunun 22-ci km yerləşən “Çənlibel” istirahət mərkəzində çirkab su quyusundan çirkab suların ətrafa axıdılması faktı ilə bağlı X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X11 ünvanladığı 16 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Lənkəran-Lerik yolunun 22-ci km yerləşən “Çənlibel” istirahət mərkəzində çirkab su quyusundan çirkab suların ətrafa axıdılması faktı ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə uyğun olaraq barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati protokol və toplanmış sənədlər əsasında 27 sentyabr 2024-cü il tarixdə saat 11:00-da idarədə araşdırma aparılaraq inzibati qərar çıxarılacağı, işə baxılmasında iştirak etmək üçün həmin tarixdə idarəyə gəlməsinin zəruri olması, əks təqdirdə həmin işə tərtib edilmiş sənədlər əsasında iştirakının olmadan baxılacağı və müvafiq qərar qəbul ediləcəyi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4-Lerik yolunun 22-ci km yerləşən “Çənlibel” istirahət mərkəzində çirkab su quyusundan çirkab suların ətrafa axıdılması faktı ilə bağlı Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X11 ünvanlandığı 18 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, X8 barəsində tərtib edilmiş 13 sentyabr 2024-cü il tarixli 86719 nömrəli akt, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati protokol və toplanmış sənədlər əsasında xx.xx.2024-cü il tarixdə işə baxılaraq idarənin MN ******* nömrəli qərarı ilə barəsində inzibati qaydada fiziki şəxs qismində 600 (altı yüz) manat cərimə tətbiq edilməsi və həmin cəriməni könüllü olaraq idarəyə ödəməsi göstərilmişdir. İş materiallarında olan X19 və Bərpası Müəsissəsi ilə X13 arasında bağlanmış 14 iyun 2018-ci il tarixli müqavilədən görünür ki, X11 meşə fondu sahəsindən əhaliyə xidmət göstərmək məqsədilə 10 il müddətinə 1 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən X11 verilmiş xx.xx.2023cü il tarixli uçota dair arayışdan görünür ki, sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Məhkəmə iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 Monitorinq İdarəsinin Masallı, Lonkoran, Yardımlı və Lerik rayonları ərazilərində keçirilmiş monitorinqlor haqqında İnformasiya Bülletenindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X18 Monitorinq İdarəsinin iş planının 5-ci bəndinə uyğun olaraq idarənin əməkdaşları tərəfindən Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarının bir sıra ictimai iaşə obyektlərində tullantıların kəmiyyət və keyfiyyət göstəricilərinin ekoloji kriteriyalarının müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun idarə olunması, atmosfer havasına atılan zərərli qaz qarışıqlarının öyrənilməsi, Azərbaycan Dövlət Su Ehtiyatlan Agentliyinə məxsus olan Yardımlı və Masallı rayonu X5 Kompleksinin iş prinsipinin araşdırılması məqsədilə növbəti monitorinq işləri həyata keçirilmiş, monitorinq zamanı Masallı-Yardımlı yolunun kənarında fəaliyyət göstərən “Turist”, “Şəlalə”, “Qoşa palıd”, “Dəmir ağac”, “Qaya”, “Beş qardaş”, “Yeddi Bulaq”, “Turan", “Köhnə Məkan”, “Retro”, “Planet”, “Qrand”, “Gölüstü”, “Rexso”, “Çənlibel”, “Yaşıl Vadi”, “Qala”, “Viləş Palace”, “İstisu”, “Nağıl dünyası”, “Gülüstan”, “Yanardağ” və “Şahin” ailəvi istirahət mərkəzlərində ekoloji monitorinqlər keçirilmişdir. Araşdırmalar zamanı sözügedən obyektlərdə qaz-toztutucu təmizləyəci qurğuların quraşdırılmadığı, formalaşan bərk məişət tullantılarının və tullantı suların daşınması ilə bağlı müqavilə sənədlərinin olmadığı müəyyən olunmuş, həmçinin bu müəssisələrdə yerləşən şambolara baxış zamanı onların hermetik olmadığı və bu səbəbdən də tullantı sularının torpağa hopması və relyefə sızması halları müəyyən edilmiş, eyni ekoloji problem Lerik-Lənkəran yolunun kənarında fəaliyyət göstərən “Çənlibel” ailəvi istirahət mərkəzində də monitorinq zamanı müşahidə olunmuşdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinən X13 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. X1 şikayətində göstərdiyi xüsusatlar, yəni təqsirinin olmaması onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə şikayət verən şəxs X11 istinad edilən inzibati xətaya inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq qeyd edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 264.0.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında təqdim olunmuş “Çənlibel” ailəvi istirahət mərkəzində aparılmış monitorinq zamanı çəkilmiş videogörüntüyə tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı “Çənlibel” istirahət mərkəzində tullantı sularının müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş şambondan çirkab suların ətrafa axıdılması halı müəyyən olunmuşdur. Məhkəmə X8 xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlarının dayandırılması barədə sübutuna qiymət verərək qeyd edir ki, X2 və ya digər vergi tutulan əməliyyatlarını dayandırsa da, X19 və Bərpası Müəsissəsi ilə əhaliyə xidmət göstərmək məqsədilə 14 iyun 2018-ci il tarixdən 10 il müddətinə bağladığı müqaviləni ləğv etdirməmiş, müqavilə 14 iyun 2018-ci il tarixdən olmaqla 10 il müddətinə bağlanmış və monitorinq zamanı da həmin istirahət mərkəzinin fəaliyyət göstərməsindən irəli gələn çirkab sularının ətrafa axıdılması halı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə X8 şikayət ərizəsində göstərdiklərini onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir və hesab edir ki, onun göstərdiklərinin inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Əksinə, məhkəmə iclasında müəyyən edilərək bir-birini tamamlayan mötəbər sübutlarla X8 Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şikayət vermiş şəxs qərarın ləğv edilməli olmasını onun təqsirinin olmaması ilə əsaslandırmağa çalışmışdır ki, yuxarıda istinad edilən qanunvericiliyin tələbləri və işin faktiki halları baxımından onun irəli sürdüyü dəlillərlə məhkəmə razılaşmır, əsassız olması qənaətinə gəlir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X8 Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə inzibati qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 17 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı tam qanuni və əsaslıdır. Ona görə də, X8 şikayət təmin edilməməli, 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar