Məhkəmə qərarları › İş №3(048)-321/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №3(048)-321/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 3(048)-321/2024 10.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə xx.xx.2024-cü tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Lənkəran rayonu, Gərmətük kənd sakini Şəxs qayınatası X1 məxsus 1 ədəd “Tula” markalı, 16 kalibrli, 3698 AA nömrəli, tək lülə ov silahı ilə xx.xx.2024-cü il tarixdə Lerik rayonunun Dızdipok kəndində bir ədəd meşə cüllütünü ovlamış və nəticədə təbiətə 110 (yüz on) manat ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs vəsatətlə məhkəməyə müraciət edərək Lənkəran rayonu, Gərmətük kəndində qeydiyyatda olmaqla orada yaşadığından barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bürciyev X2 rayonu, Gərmətük qəsəbəsində qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati material aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Bürciyev X2 rayonu, Gərmətük kəndində qeydiyyatda olmaqla yaşadığından və məhkəməyə vəsatət təqdim edərək işin onun yaşadığı yeri üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməsini xahiş etdiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati material aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar