Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 3(048)-323/2024 16.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ-in xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPİ-in xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. X2 həmin qərardan Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə uyğun olaraq yaşayış yer üzrə Lerik Rayon Məhkəməsinə şikayət verib Azərbaycan Respublikası DİN BDYPİ-in xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra X2 məhkəməyə ərizə ilə müraciət edərək şikayətindən imtina etdiyini və şikayət ərizəsinin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi X2 Azərbaycan Respublikası DİN BDYPİ-in xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərarından verdiyi şikayətdən imtina etməklə şikayət ərizəsinin ona geri qaytarılamsını xahiş etmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Məhkəmə hesab edir ki, inzibati qanunvericiliklə barəsində qərar çıxarılmış şəxsin həmin qərardan şikayət vermək hüququ olduğu kimi verdiyi şikayəti geri götürmək hüququ da var, buna görə də ərizə təmin edilərək şikayət ərizəsi baxılmadan onu verən şəxsə qaytarılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.1 və 159.1-ci maddələrinin həmin Məcəllənin 159.3, 159.3- 1,159.1, 448.1.1,448.1.2 və 448.1.3-cü maddələrinin şərh edilməsinə dair” 2023-cü il 03 mart tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Palatası səlahiyyəti olmayan prokuror tərəfindən həbsdə saxlanılma müddətinin uzadılması barədə təqdimat verilməsi və bu halda məhkəmə tərəfindən təqdimat və əlavə edilmiş sənədlərin geri qaytarılması ilə bağlı qeyd etməyi zəruri bilir ki, bu halda məsələyə mahiyyəti üzrə baxılması Cinayət-Prosessual Məcəlləsinin 447.3, 447.5-447.7-ci maddələrinin tələbləri baxımından mümkünsüz olduğundan, həmin Məcəllənin 448.1.3-cü maddəsində göstərilən qərarlardan (həsdə saxlama müddətinin uzadılması və ya bundan imtina barədə qərar) hər hansı birinin qəbul edilməsi də istisna olunur. Lakin, sadalanan normalarda birbaşa nəzərdə tutulmasa da, səlahiyyəti olmayan prokuror tərəfindən verilmiş təqdimatın (onunla müşayiət olunan vəsatətə) baxılmadan geri qaytarılması cinayət-prosessual qanunvericiliyinin əsas prinsipləri baxımından oxşar vəziyyətlərdə müvafiq prosessual müraciətlərin (məsələn, apellyasiya və yaxud kassasiya şikayətlərinin) baxılmamış saxlanılmasını nəzərdə tutan müddəalara cavab verən yanaşma kimi qiymətləndirilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ-in xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərarından verdiyi şikayət ona geri qaytarılmaldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128,133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-in xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-323/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №3(048)-323/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver