Məhkəmə qərarları › İş №3(048)-325/2025

Lerik Rayon Məhkəməsi Qərardad — İş №3(048)-325/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 3(048)-325/2025 29.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 unun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X10 İTB-in sahə rəisi, polis leytenatı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, X1 iştirakları ilə, xx.xx.1960-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,İİ qrup əlil, Lerik rayonu, Lüləkəran kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X10 İTB-in sahə rəisi, polis leytenatı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş X10 İTB-in sahə rəisi, polis leytenatı X5 bildirdi ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə DİN 102 XZM-nə müraciət edərək Şəxs tərəfindən döyüldüyünü qeyd etmişdir. Bu səbəbədən Lerik RRPŞ-in TQ-unda araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, evdə otaqda gəlinlə oturub çörək yeyən zaman Pərvanə gəlib onu təhqir etmiş, hətta üzünə tüpürmüşdür, bu hadisəni qonşusuda görmüşdür. Sonra qonşusunun evinə getmişdir. Pərvanəni döyməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Lerik rayon Lüləkəran kəndində yerləşən şəxsi mülkiyyətində olan evin həyətində Şəxs onu döymüşdür. xx.xx.2025-ci il tarixdə isə Gülnar onu döyüb. Məhkəmə proses iştirakçılarının izahatlarını iş materiallarını araşdırıb müəyyən etdi ki, təqdim edilmiş materiallar natamam olduğundan protokol düzgün tərtib olunmamışdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Lerik Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Göründüyü kimi X10 İTB-in sahə rəisi, polis leytenatı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Lerik rayon Lüləkəran kəndində Zərərçəkmiş şəxs döymüşdür. Lakin Zərərçəkmiş şəxs izahatından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə deyil xx.xx.2025-ci il tarixdə onu Lerik rayon Lüləkəran kəndində döymüşdür. Ona görə də məhkəmə hesab edir ki, X10 İTB-in sahə rəisi, polis leytenatı X5 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu natamam tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.2-ci maddəsinə əsasən İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəlləinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Odur ki, məhkəmə qərardadında qeyd olunan nöqsanların aradan qaldırılması inzibati protokolu tərtib etmək səlahiyyətində olan orqan üçün məcburidir və yalnız bu çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra təkrarən material məhkəməyə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, X10 İTB-in sahə rəisi, polis leytenatı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar Lerik rayon Polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar