Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-333/2024 29.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1993-cü ildə Lerik rayonunun Soru kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, Lerik rayonunun Soru kəndində qeydiyyatda olan və yaşayan X5 barəsində Lerik Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(048)-405/2024 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dilqəm Mütəllimli tərəfindən X5 barəsində İXM-nin 528.1-ci maddəsi ilə 29 noyabr 2024-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir.Həmin protokola əsasən X5 Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(048)-405/2024 saylı icra vərəqəsinə əsasən 2122 manat borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 məhkəmə iclasında bildirmişdir ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(048)-405/2024 saylı icra sənədinə əsasən X4 2122 manat borc pul tutulub "xxxx" MMC-in xeyrinə tutulması qərara alınmışdır. Həmin qətnamədən heç bir məlumatı yoxdur. İcra məmuru onu çağırandan sonra məlumatı olmuşdur. Telefonun qiyməti 530 manat təşkil etsə də ancaq ondan çox pul tələb edirlər. Hazırda borcu tam ödəyə bilmir. Söz verir ki, borcunu hissə-hissə ödəyəcəkdir. Göstərilənləri nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(048)-405/2024 saylı icra vərəqəsinə əsasən X4 2122 manat borc pul tutulub "xxxx" MMC-in xeyrinə tutulması qərara alınmışdır İcra vərəqəsi Lerik Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. Dəfələrlə borcluya məlum qətnamənin icra edilməsi bildirilsə də borclu ödəniş etməmişdir.Hazırda borclu X5 üzərində 2122 manat ödənilməmiş borcu vardır. Borclu Şəxs icra məmurunun qanuni tələbindən yayınaraq məhkəmə qərarının icrasını təmin etməmiş və üzərində olan pulunu ödəməkdən yayınmışdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(048)-405/2024 saylı icra vərəqəsinə əsasən X4 2122 manat borc pul tutulub "xxxx" MMC-in xeyrinə verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərardan görünür ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(048)-405/2024 saylı tərəfindən verilmiş icra sənədi üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru D. Mütəllimli tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti X6 göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Məhkəmə hesab edir ki, X8 tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun ifadəsi, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 29 noyabr 2024-ci il tarixli MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X8 məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş X6 qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, X5 himayəsində iki azyaşlı uşağın olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. İnzibati xəta törətmiş X5 əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs X8 barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Lerik Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-333/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-333/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver