Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-334/2023 14.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Lerik Rayon Su-Kanal İdarəsində qurğu operatoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Lerik Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Lerik Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Lerik rayon prokuroru baş ədliyyə müşaviri X1 qəbul etdiyi 14 noyabr 2023-cü il tarixli «inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» qərar və ona əlavə edilmiş material daxil olmuşdur. Lerik rayon prokuroru baş ədliyyə müşaviri X2 tərəfindən qəbul olunmuş 14 noyabr 2023-cü il tarixli «İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar»dan görünür ki, xx.xx.1996-cı ildə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Lerik Rayon Su-Kanal İdarəsində qurğu operatoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində idarə etdiyi ağ rəngli “Lexus RX 350” markalı, 99 ND-996 nömrə qeydiyyat nişanlı avtomobil ilə “Lerik rayon Mərkəzi Xəstəxanası” pubik hüquqi şəxsində genikoloq həkim işləyən Zərərçəkmiş şəxs növbədən çıxıb evə getdiyi zaman idarə etdiyi “Hyundai İX 35” markalı, **-LU-*** nömrə qeydiyyat nişanlı avtomobilin qarşısını kəsmiş və oan süni maneələr yaratmaqla ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edə, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, bunlada Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində idarə etdiyi “Lexus RX 350” markalı, 99 ND-996 nömrə qeydiyyat nişanlı avtomobil ilə Lerik şəhəri İ.Yaqubov küçəsində hərəkətdə olan zaman əvvəldən tanıdğı Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai İX 35” markalı, **-LU-*** nömrə qeydiyyat nişanlı avtomobilin işıqları onun gözünə düşdüyündən əsəbi olduğu üçün bu hala da əsəbləşmiş və avtomobilin onu keçməyinə icazə vermədiyindən yolda süni maneə yaratmışdır. Təxmini olaraq bu vəziyyət 1-2 dəqiqə davam etmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur.Həmçinin ilk dəfə olaraq inzibati xəta törətməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştrak edə biməyəcəyindən, inizbati materiala onun iştirakı olmadan baxılmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və iddia tələbinin olmadığını bidirmişdir. Məhkəmə Lerik rayon prokuroru baş ədliyyə müşaviri X1 qəbul etdiyi 14 noyabr 2023-cü il tarixli «inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» qərarı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb və əsasdır. Həmin Mcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materialları ilə müəyyən olunduğu kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, ilk dəfə inizbati xəta törətməsi və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və iddia tələbinin olmaması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. Onun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Qeyd edilənləri, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə inizbati xəta törətməsini nəzərə alaraq, Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini qanunverciliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələrində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-334/2023
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-334/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver