Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-336/2024 24.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Lerik rayonu, Ancəqəv kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lerik rayonu, Ancəqəv kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik RPŞ-nin PPXB-nin, bölük komandirinin müavini, polis baş leytenantı Kənan Sabirzadə xx.xx.2024-cü il tarixdə Lerik RPŞ-nin rəisinə raportla müraciət edərək bildirmişdir ki, xidmətdə olarkən Lerik rayon Ancəqəv kəndində qeydiyyatda olmaqla Lerik rayonunun Ancaqəv kəndində yaşayan xx.xx.1990-ci il tarixdə Lerik rayonu, Ancəqəv kəndində anadan olmuş Şəxs Toz markalı, 28 kalibirli, bala qundaq və lülə nömrəsi 6146, qundaq nömrəsi 652 olan tək lülə yivsiz ov tüfəngini götürərək Lerik RPŞ-yə gətrilmişdir. Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 17 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə Lerik RPŞ-yə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 27 noyabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yaşadığı evdə təklülə 28 kalibrli 6146 və qundaq 655 olan ov silahını rəsmi qeydiyyatda olmadığı və qanunsuz saxladığı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs məxsus Toz markalı 28 kalibrli, tək lüləli, lülə və bala qundağı 6146, əsas qundağı isə 652 nömrəli yivsiz ov tüfəngi rəsmi qeydiyyatda olmadığı və qanunsuz saxladığı üçün Lerik RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, babası Balakişi Nəsirovdan ona tək lülə, 28 kalibrli sənədli ov silahı yadigar qalmışdır. O, silahı öz adına rəsmiləşdirmiş və şəhadətnamə almışdır. Silah yadigar qaldığı üçün onu evində saxlamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 16/14 nömrəli şəhadətnamədən görünür ki, Toz markalı 28 kalibrli 6146 nömrəli ov silahının saxlanılması və təyinatı üzrə üzrə istifadə edilməsi üçün icazə verilmişdir. Məhkəmə iclasında Toz markalı, 28 kalibirli, bala qundaq və lülə nömrəsi 6146 olan ov silahına tərəflərin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı şəhadətnamədə silahın bala qundaq və lülə nömrəsi 6146 qeyd olunsa da, silahın üzərində bala qundaq və lülə nömrəsi 6146, qundaq nömrəsi 652 qeyd olunmuşdur. Bununla silaha dair verilmiş icazə şəhadətnaməsində qeyd edilən nömrə ilə silahın üzərində qeyd edilən nömrə arasında uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Lerik RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 16/14 nömrəli icazə şəhadətnaməsində silahın nömrəsi 6146 göstərilsə də, tüfəngin üzərində bala qundaq və lülə nömrəsi 6146 qeyd edilmiş, qundaq nömrəsi 652 isə qeyd olunduğuna yəni icazə şəhadətnaməsində qeyd edilən nömrə ilə silahın üzərində qeyd edilən nömrə arasında uyğunsuzluq olduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş silah və döyüş sursatı müsadirə edilməklə inzibati cərimənin aşağı həddində tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd Toz markalı, 28 kalibirli, bala qundaq və lülə nömrəsi 6146, qundaq nömrəsi 652 olan tək lülə yivsiz ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan – 01 ədəd Toz markalı, 28 kalibirli, bala qundaq və lülə nömrəsi 6146, qundaq nömrəsi 652 olan tək lülə yivsiz ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilsin. Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd Toz markalı, 28 kalibirli, bala qundaq və lülə nömrəsi 6146, qundaq nömrəsi 652 olan tək lülə yivsiz ov tüfəngi Azərbaycan Respublikası DİN-nin X6 Baş İdarəsinə təhvil verilsin. Qərarın icrası müvafiq olaraq Lerik Rayon Polis Şöbəsinə və Lerik Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-336/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-336/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver