Məhkəmə qərarları › İş №3(048)-34/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-34/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-34/2025 14.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, X13 İTB-in sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.19888-ci ildə Lerik rayonu, Divağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Lerik rayonu, Divağac kəndində qeydiyyatda olmaqla orada yaşayan, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən X3 barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 14 yanvar 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Lerik şəhər Avtovaqzal ərazisində X4 qarşı nalayıq ifadələr işlətməklə ictimai asayışı pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında X13 İTB-in sahə rəisi, polis mayoru X5 bildirdi ki, X7 xx.xx.2025-ci il tarixdə DİN-in 102 XZM-nə zəng vuraraq Lerik şəhər Avtovaqzal ərazisində iki nəfər şəxs tərəfindən təhqir olunduğunu bildirmişdir. Müraciətlə bağlı tərəfindən araşdırma aparılmış və X3 xx.xx.2025-ci il tarixdə Lerik rayon Kekonu kənd sakini Nuri Bayramovu təhqir etməsi müəyyən olunduğundan barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Odur ki, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclası zamanı izahatında yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Lerik rayon Avtovaqzal ərazisində X7 ilə mübahisə etdiyini və ünvansız söyüş söydüyünü bildirmişdir. Hazırda söyüş söydüyünə görə əməlindən peşimandır.Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirlmiş X7 izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə Lerik şəhər Avtovaqzal ərazisində Qurban Nuriyev onu söyüb təhqir etmişdir. X10 barışmışdır. Ona görə də onun barəsində yüngül inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 14 yanvar 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, X3 əməlindən peşiman olmasını, zəzərçəkmiş şəxsin şikayətinin olmamasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, inzibati xəta törətmiş X3 əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş X6 inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, yüngülləşdirən halları, nəzərə alaraq, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qəraraaldı: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar