Məhkəmə qərarları › İş №3(048)-342/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-342/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-342/2024 24.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Özbəkistn Respublikasının, Sırdərya vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru Həşimxan Fərziyev xx.xx.2024cü il tarixdə Lerik RPŞ-nin rəisinə raportla məruzə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Lerik şəhəri Ərdəbil küçəsində yaşayan Şəxs istifadəsində olan 12 çaplı “Maxruk” markalı ov silahının saxlanma qaydaları tərəfindən yoxlanılarkən Şəxs odlu silahı dəmir şkafa yerləşdirməyərək yaşadığı evdə açıq şəkildə saxladığı aşkar olunmuşdur. Eyni zamanda silahın nömrəsində uyğunsuzluq aşkar edilmişdir. Şəxs Lerik RPŞ tərəfində verilmiş xx.xx.2023-cü il tarixli 12/23 saylı icazə şəhadətnaməsində silahın nömrəsi 133537, 2335 göstərilsə də, tüfəngin yalnız qundaq hissəsində 2335 nömrəsi yazılmış, 133537 rəqəmləri isə silahın üzərində aşkar olunmadığı bildirilmişdir. Bu barədə qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə Lerik RPŞ-yə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 29 noyabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) xüsusi icazə almadan mülki silahı əldə edib saxlamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, ildə bir dəfədən az olmayaraq şəxsi istifadədə olan silahların saxlanması qaydalarının yoxlanılır. Şəxs yaşadığı mənzildə onun istifadəsində olan silahın saxlanması yoxlanılarkən silah seyfdə yox açıq şəkildə sökülmüş vəziyyətdə saxlanması aşkar olunmuş, eyni zamanda silaha baxış keçirilərkən silahın nömrəsində uyğunsuzluq aşkar edilmişdir. Şəxs Lerik RPŞ tərəfində verilmiş xx.xx.2023-cü il tarixli 12/23 saylı icazə şəhadətnaməsində silahın nömrəsi 133537, 2335 göstərilsə də, tüfəngin yalnız qundaq hissəsində 2335 nömrəsi yazılmış, 133537 rəqəmləri isə silahın üzərində aşkar olunmamışdır. Silahda uyğunsuzluq aşkar olunduğundan silah götürülərək Lerik RPŞ-ə gətirilmişdir. Təhqiqat araşdırılması aparılan zaman Şəxs məxsus 12 çaplı “Maxruk” markalı ov silahına baxış keçirilmiş və baxış zamanı silahın nömrəsində uyğunsuzluq aşkar edilmişdir. Şəxs Lerik RPŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 12/23 saylı icazə şəhadətnaməsində silahın nömrəsi 133537, 2335 göstərilsə də, tüfəngin yalnız qundaq hissəsində 2335 nömrəsi yazılmış, 133537 rəqəmləri isə silahın üzərində aşkar olunmadığı təhqiqat araşdırmasında da müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 12 çaplı “Maxruk” markalı ov silahını təxminən 2 il bundan almışdır. Silahı aldıqdan sonra o, Lerik RPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə silahın gəzdirilməsi və istifadəsi haqqında 12/23 nömrəli şəhadətnamə almışdır. Silah istifadə olunmadığından silahı sökərək sökülmüş şəkildə saxlamışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək silahı Lerik RPŞ-yə aparmışlar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 12/23 nömrəli şəhadətnamədən görünür ki, 12 çaplı “Maxruk” markalı təklülə, 133537, 2335 nömrəli ov silahının saxlanılması və təyinatı üzrə üzrə istifadə edilməsi üçün icazə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, baxış zamanı Şəxs Lerik RPŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 12/23 saylı icazə şəhadətnaməsində silahın nömrəsi 133537, 2335 göstərilsə də, tüfəngin yalnız qundaq hissəsində 2335 nömrəsi yazılmış, 133537 rəqəmləri isə silahın üzərində aşkar olunmamışdır. Məhkəmə iclasında 12 çaplı “Maxruk” markalı təklülə ov silahına tərəflərin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı 12 çaplı “Maxruk” markalı təklülə ov silahın yalnız qundaq hissəsində 2335 nömrəsi aşkar edilmiş, 133537 rəqəmləri isə silahın üzərində aşkar olunmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Lerik RPŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 12/23 saylı icazə şəhadətnaməsində silahın nömrəsi 133537, 2335 göstərilsə də, tüfəngin yalnız qundaq hissəsində 2335 nömrəsi yazıldığına, 133537 rəqəmləri isə silahın üzərində aşkar olunmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş silah və döyüş sursatı müsadirə edilməklə inzibati cərimənin aşağı həddində tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 12 kalibrli, “Maxruk” markalı 2335 nömrəli tək lüləli ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 12 kalibrli, “Maxruk” markalı 2335 nömrəli tək lüləli ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat inzibati cərimə edilsin. Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 12 kalibrli, “Maxruk” markalı 2335 nömrəli tək lüləli ov tüfəngi Azərbaycan Respublikası DİN-nin X6 Baş İdarəsinə təhvil verilsin. Qərarın icrası müvafiq olaraq Lerik Rayon Polis Şöbəsinə və Lerik Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar