Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-347/2024 09.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Lerik rayon Cəngəmiran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşqul olan, Lerik rayon Cəngəmiran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 09 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Lerik şəhəri M.Bağışov küçəsində küçə söyüşləri söyərək ictimai qaydanı pozaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, təqdim olunmuş raporta əsasən xx.xx.2024-cü il tarixdə, saat təxminən 18:00 radələrində Lerik şəhəri ərazisində yerləşən “Ruslan Palace” şadlıq sarayının qarşısında Şəxs səs-küy salaraq nalayıq ifadələr işlətdiyindən ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşmış, onu dəfələrlə inztizama dəvət etsələrdə, Şəxs intizamsızlıq edərək polisin qanuni tələbinə tabe olmadığı üçün o, Lerik RPŞ-nə gətirilmiş, şöbədə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Lerik şəhəri M.Bağışov küçəsində sərxoş olduğundan ünvansız nalayıq söyüşlər söymüş, onu sakitliyə dəvət edən polis əməkdşalrının qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən peşimançılıq hissi keçir. Məhkəmə iclasında şahid X5 CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 18:00 radələrində Lerik şəhəri ərazisində yerləşən “Ruslan Palace” şadlıq sarayının yaxınlığında polis əməkdaşları Şahid2 və Şahid3lə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin ucadan nalayıq söyüşlər söyərək ictimai qaydanı pozduğunu görüb onu inztizama dəvət etsələrdə, lakin o intizamsızlıq edərək polisin qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən şəxsin Lerik RPŞ-in növbətçi hissəsinə gətrilməsi tərəflərindən təmin olunmuş və həmin şəxsin Lerik rayon Cəngəmiran kənd sakini Şəxs olması məlum olmuşdur. Buna görə də şəxs barəsində tədbir görülməsindən ötrü Lerik RPŞ-in rəisinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 Şahid1 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Beləliklə, məhkəmə tərəflərin izahatını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. İş materiallarında olan X5 CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən tərtib olunmuş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 18:00 radələrində Lerik şəhəri ərazisində yerləşən “Ruslan Palace” şadlıq sarayının yaxınlığında polis əməkdaşları Şahid2 və Şahid3lı birlikdə xidmətdə olarkən bir nəfər şəxsin ucadan nalayıq söyüşlər söyərək ictimai qaydanı pozduğunu görüb onu inztizama dəvət etsələrdə, lakin o intizamsızlıq edərək polisin qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən şəxsin Lerik RPŞ-in növbətçi hissəsinə gətrilmişdir.Şəxs Lerik RPŞ-nə gətirldikdən sonra onlara məluma olmuşdur ki, həmin şəxs Lerik rayon Cəngəmiran kənd sakini Şəxsdur. İş materiallarında olan X5 İTB-in sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib olunmuş 08 dekabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Lerik Rayon Mərkəzi X4 Şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, 1987-ci il təvəllüdlü Lerik rayon Cəngəmiran kənd sakini Şəxs xx.xx.2024-cü il tarixə spirtli içki qəbul edib etməsinə görə müaynə olunmuş və müayinə zamanı vətəndaşın spirtli içki qəbul etməsi aşkar olunmuşdur.Şərxoşluğu 3.071 pomil. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Lerik şəhəri ərazisində yerləşən “Ruslan Palace” şadlıq sarayının qarşısında ictimai qaydanı pozmaqla yanaşı polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi ağırlaşdıran hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati qaydanı pozan zaman sərxoş olması ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4 və 34.3-cü maddələrinə əsasən İXM-in 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 08 dekabr 2024-cü il tarixdən, saat 01:00-dən hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-347/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-347/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver