Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-353/2023 14.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs direktoru X7 və inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqanının nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İXMnin 447.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 14 noyabr 2023-cü il tarixli MN № ******* saylı protokol tərtib edilmişdir. 14 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Lerik rayonu, Lənkəran-Lerik yolunun 33-cü km fəaliyyət göstərən Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə istehlakçı hüquqlarının məhdudlaşdırlması şərtləri müqaviləyə daxil edilmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X7 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən vətəndaş Zərərçəkmiş şəxs No 3-21-1/1N-xx/xx/2023/5 müraciətinə əsasən Relax Resort and Spa Hotel MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli saat 11:00-da ******* nömrəli inzibati xəta haqqında protokol iştirakları olmadan tərtib olunmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində Relax istirahət mərkəzinə gələrkən 2- gecəlik 6-nəfər üçün öncədən rezervasiya etdiyi otaqa baxdıqdan sonra receptiona yaxınlaşaraq otelin daxili qaydaları ilə tanış olduqdan sonra şərtlərlə razı olduğu barədə imza aldıqdan sonra müqavilə sənədinə imza edərək 470 AZN ödəniş etmişdir. Lakin vətəndaş Zərərçəkmiş şəxs otelə daxil olduqdan sonra gün ərzində bütün xidmətlərdən istifadə etmişdir və gün ərzində heç bir narazıçılıq etməmişdir. Amma gecə saat 00:40 radələrində receptiona yaxınlaşıb şəxsi işlərinin olduqundan ötru çıxış etmək istədiyini bildirib və ödədiyi məbləği tam şəkildə geri istəmişdir. Bununla bağlı əməkdaşları Samir Novruzuva bildirib ki, zəhmət olmasa rəhbərliyə məlumat vermək üçün ərizə forması doldurmalıdır. Lakin vətəndaş Zərərçəkmiş şəxs işçiyə sərt reaksiya verərək ərizə formasını doldurmadan əməkdaşa kobod ifadələr işlədərək oteli tərk etmişdir. Ona bu barədə məlumt veriləndən sonra tərəfindən MMC-in işçiləri ilə söhbət aparılmış və müəyyən olmuşdur ki, reception X4 Zərərçəkmiş şəxs istehlakçı hüquqlarını pozmuşdur. Ona görə də ona xəbərdarlıq edilmişdir.Göründüyü kimi Şəxs heç bir inzibati xəta hadisəsi törətməmişdir. İnzibati xəta haqqında protokol MMC-nin barəsində deyil X4 barəsində tərtib edilməli idi. Ona görə də xahiş edir ki, MMC barəsində olan inzibati işin icraatına xitam verəsiniz. Səlahiyyətli orqanın nümayəndəsi X2 izahatında göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə vətəndaş Zərərçəkmiş şəxs müraciəti daxil olmuşdur ki, müraciətdə Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixləri üçün "Relax Hotel" adlı istirahət mərkəzinə 470 manat ödədiyini, istirahət mərkəzinə giriş saatı 14:00 olmasına baxmayaraq, saat 14:30-da otaqların təmizlənmədiyinin şahidi olduğunu, əlavə olaraq verilən çarpayının çirkli və qüsurlu olduğunu, həmçinin fen, televizor və soyuducunun işləmədiyini, sadalanan bu səbəblərdən oteli tərk etmək istədiyini və ödədiyi vəsaitin geri qaytarılması barədə otelə etdiyi müraciətin nəticəsiz qaldığını, natəmiz və şəraitsiz otaqlarda qaldığı üçün ödədiyi vəsaiti geri tələb etdiyini bildirərək, istehlakçı hüquqlarının qorunmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciətdə göstərilən məsələnin araşdırılaraq qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatın beş iş günü müddətində Dövlət Xidmətinə təqdim olunması məqsədilə Relax Resort and SPA Hotel” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2023-cü il tarixli 3-21-1/2- N-xx/xx/2023 nömrəli məktub göndərilmişdir. Araşdırma nəticəsində müəyyən olmuşdur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə inzibati xəta törətdiyindən barəsində inzibati xəta haqqında prtokolun tərtib edilmişdir. Tərəflərindən tərtib edilmiş iznibati xəta haqqında protokol qanuni və əsaslı olmaqla Şəxs barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, Şəxsndə reception işləyir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə şikayət edən şəxs S.Novuzov "Relax Hotel" istirahət mərkəzinə gələrək otaq istəmiş və ona otaq təyin edilmişdr. Otağın müqabilində də ondan 470 manat ödəniş alınmışdır. Lakin sonran həmin şəxs ona yaxınlşaraq istirahət mərkəzində gecələmək istəmədiyini və ödənişin geri qaytarılmasını tələb etmişdir. Lakin o həmin şəxs ödənişi geri qaytara bilməyəcəyini bildirməklə ona otağı bəyənmirsinizə yeni otaq vermək olar demişdir. Lakin o bununla razılaşmamışdır. Bu səbəbdən o da həmin məbləği ona geri qaytarmamışdır. Hesab etmişdir ki, həmin məbləği ona geri qaytarsa MMC tərəfindən ona təyin olunmuş əmək haqqından tutulacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə elektron poçtuna Zərərçəkmiş şəxs tərəfindən ünvanlanmış məktubdan görünür ki, “o, Lerikdə yerləşən Relax Hoteldən şikayətiçidir. Əvvəlcədən 28 və 29 iyun tarixlərinə 2 mərtəbəli kotec bron etmiş. Otelə giriş saat 14:00 da olsa da biz yaxınlaşanda 14:30 da otaq hələ də təmizlənməmişdir. Eyni zamanda onlardan 470 azn 2 günün pulu əvvəlcədən alınmışdır. Otağa 3 exstra bed verilməli idi. Birinci gecə saat 23:30 da otağa verilən exstra bedin şəkillərini materiala əlavə etmişdir. Həmin gecə receptiona yaxınlaşıb oteli tərk etmək istədiyini və ödədiyi vəsaitin geri qaytarılmasını tələb etmişdir. Vəsaiti geri qaytarmayacaqlanını bildirdilər. Bu səbəndən natəmiz va murdar otaqlarda 2 gün gecələməli olmuşdur. Otaqda televizor, fen və mini soyuducu işləmirdi. Həmçinin otaqlarda cücü və tarakan da görmək mümükündür.Odədiyi vəsaitin geri qaytarılmasını tələb edirmişdir” İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov tərəfindən Şəxs rəhbərliyinə ünvanlanmış “Vətəndaş Müraciəti haqqında”məktubdan görnür ki, Vətəndaş Zərərçəkmiş şəxs (***-***-**-**, ***-***-**-**) müraciətinə (daxilolma qeydiyyatı: 3-21-1/1-N-xx/xx/2023, xx.xx.2023-cü il) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılır.Müraciətdə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixləri üçün "Relax Hotel" adlı istirahət mərkəzinə 470 manat ödədiyini, istirahət mərkəzinə giriş saatı 14:00 olmasına baxmayaraq, saat 14:30-da otaqların təmizlənmədiyinin şahidi olduğunu, əlavə olaraq verilən çarpayının çirkli və qüsurlu olduğunu, həmçinin fen, televizor və soyuducunun işləmədiyini, sadalanan bu səbəblərdən oteli tərk etmək istədiyini və ödədiyi vəsaitin geri qaytarılması barədə otelə etdiyi müraciətin nəticəsiz qaldığını, natəmiz və şəraitsiz otaqlarda qaldığı üçün ödədiyi vəsaiti geri tələb etdiyini bildirərək, istehlakçı hüquqlarının qorunmasına köməklik göstərilməsini xahiş etmişdir.Müraciətdə göstərilən məsələnin araşdırılaraq qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatın beş iş günü müddətində Dövlət Xidmətinə təqdim olunması məqsədilə xx.xx.2023-cü il tarixli 3-21-1/2-N-xx/xx/2023 nömrəli məktub göndərilsə də, tərəfinizdən bu günə qədər heç bir məlumat verilməmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçının tələb etdiyi sənəd və məlumatlar cavabdehdən tələb oluna bilər və obyektiv qərarın qəbulunu təmin etmək üçün tələb edilməlidir. Lakin icraat zamanı cavabdeh tərəfindən həmin sənəd və məlumatların təqdim olunmaması, onların müvafiq qurumlardan və başqa qaydada əldə edilməsi mümkün olmadığı hallarda, onun ziyanına təfsir olunmalıdır. Başqa sözlə, sənəd və məlumatların təqdim olunmaması cavabdehe münasibətdə əlverişsiz qərarın qəbulunu şərtləşdirmə riskini daşıyır və məhz belə qərarın qəbulu riski sənədlərin təqdim olunmasının təminatı qismində çıxış edir.Qeyd olunanlarla əlaqədar, müraciətdə göstərilən məsələlərin araşdırılaraq qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə məlumatın üç iş günündən gec olmayaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi tələb olunur.Məlumat üçün bildiririk ki, Dövlət Xidməti tərəfindən Sizə ünvanlanmış soğru məktubuna rəsmi qaydada münasibət bildirməməyiniz xidmət şərtlərinin pozulması faktı hesab edilərək MMC barəsində qanunauyğun tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 Şəxsndə menecer vəzifəsində işləyir. Məhkəmə, inzibati xəta haqqında 14 noyabr 2023-cü il tarixli MN № ******* saylı protokolu, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.9-cu maddəsinin tərkibi olmasa da, Şəxsn meneceri X3 əməlində həmin inzibati xətanın tərkibi vardır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 14 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolu tərtib edərək məhkməyə göndərsə də , ancaq Lerik rayonu, Lənkəran-Lerik yolunun 33-cü km fəaliyyət göstərən Şəxs tərəfindən xx.xx.2023cü il tarixdə istehlakçı hüquqlarının məhdudlaşdırlması şərtləri müqaviləyə daxil edilməməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 447.0.9-cu maddəsinə əsasən 14 noyabr 2023-cü il tarixli MN № ******* sayla tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Relax Resort and SPA Hotel” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilməli və inzibati xətanın törədilməsində təqsirli olan Şəxs meneceri X4 İXM-in 447.0.9-cu maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməklə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törətmiş X3 hərəkətlərində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 447.0.9-cu maddəsinin dizpozisiyasında qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinin sanksiyasının həddi daxilində müəyyən miqdarda cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-353/2023
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-353/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver