Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-36/2024 06.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X9 etibarnamə üzrə nümayəndəsi X7 və qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X12 iştirakları ilə, X9 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X5 qəbul etdiyi 10 yanvar 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Lerik rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X8 tərəfindən tərtib edilmiş 02 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola və Lerik rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X10 tərəfindən tərtib edilmiş 13 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X5 qəbul etdiyi 10 yanvar 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X17 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. X17 həmin qərardan Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə uyğun olaraq yaşayış yer üzrə Lerik Rayon Məhkəməsinə şikayət verib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X5 qəbul etdiyi 10 yanvar 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokoldan şikayət verən şəxs X9 etibarnamə üzrə nümayəndəsi X13 şikayəti müdafiə edərək izahatında göstərdi ki, X17 1962-cı ildə Lerik Rayon Vizəzəmin kəndində doğulmaqla Lerik Rayon Hamarmeşə kəndində yaşayır. Ali təhsilli müəllim olmaqla 23 dekabr 2019-cu il tarixdə keçirilmiş «Bələdiyyə seçkiləri»ndə bələdiyyə üzvü seçilməklə, Lerik rayonun Vizəzəmin bələdiyyəsinin bələdiyyə üzlərinin təşəbbüsü ilə bələdiyyə sədri seçilmişdir. Ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Lerik Rayonunun Vizəzəmin Bələdiyyəsinə 12 aprel 2010-cu il tarixdə 3678 sayla X23 Qeydiyyatı Haqqında «Şəhadətnamə» verilmişdir. Belə ki, Lerik RPŞ-in İTB-in sahə rəisi polis leytenantı X10 heç bir əsas olmadan X17 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir.Lerik RPŞ-in İTB-in sahə rəisi polis leytenantı X10 tərəfindən tərtib edilmiş13 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, güya Lerik Rayonu Hamarmeşə kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmaqla inzibati qayda pozulmuş və bu xətanın törədilməsində bələdiyyə sədri kimi X17 təqsirlidir.Lakin sözügedən hal mövcud deyildir. X17 heç bir inzibati qayda pozmamış və heç bir inzibati xəta törətməmşdir. Belə ki, Lerik Rayon Vizəzəmin bələdiyyəsi ən nümunəvi bələdiyyələrdən biri olmuşdur. Ərazidə yerli əhalinin köməkliyi ilə həmişə ekoloji təmizliyə riayət olunmuş, ekoloji tarazlıq qorunub saxlanılmılşdır. Bir sıra Lerik Rayon Hamaarmeşə kənd sakinləri Lerik Rayon Kommunal X6 ilə “məişət tullantılarının yığılması və ləğvi ilə bağlı” müqavilə bağlanılmışdır. Kənd ərazisində qoyulmuş məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş məişət tullantıları vaxt-vaxtında müəssisə tərəfindən yığılaraq ərazidən aparılır. Həmin məişət tullantılarının yığılması ilə bağlı Bələdiyyə kimi üzərlərinə heç bir öhdəlik götürülməmişdir. Bələdiyyə ərazisində qalanqlanmış qaydada heç bir məişət tullantıları yoxdur və olmamışdır. Lakin əsassız olaraq 13 noyabr 2023-cü il tarixdə barəsində protokol tərtib edilmişdir. Bundan başqa 02 noyabr 2023-cü il tarixdə də Lerik RPŞ-in İTB-in sahə rəisi X8 tərəfindən də eyni qaydada İ.Haşımova barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin əsassız olaraq Lerik RPŞ-in əməkdaşları tərəfindən İ.Haşımova barəsində tərtib edilmiş protokollar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş və həmin protokollar əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X11 İ.Haşımava barədə10 yanvar 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edərək onu İXM-in 271-ci maddəsi ilə 2000 manat cərimə edib, qərarı İ.Haşımovanın ünvanına xx.xx.2024-cü il tarixli məktubla göndərsələrdə, həmin qərar onların ünvanına 23 yanvar 2024-cü il tarixdə çatmışdır. Hesab edir ki, İ.Haşımova barəsində Lerik rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X8 tərəfindən tərtib edilmiş 02 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola və Lerik rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X10 tərəfindən tərtib edilmiş 13 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X5 qəbul etdiyi 10 yanvar 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Ona görə də 10 yanvar 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X18 izahatında göstərdi ki, Lerik rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X8 tərəfindən tərtib edilmiş 02 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoluna və Lerik rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X10 tərəfindən tərtib edilmiş 13 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolu idarəyə daxil olduqdan sonra, həmin protokollar bir icraatda baxılaraq idarənin rəis müavini tərəfindən İ.Haşımova barədə qərar qəbul olunmuşdur. Hesab edir ki, İ.Haşımova barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar qanuni və əsaslı olmaqla İ.Haşımovanın şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb, sübutlara obyektiv, hüquqi qiymət verərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına görə Lerik Rayon Hamarmeşə bələdiyyəsinin sədri kimi X2 hansı hərəkətlərində ifadə olunduğunu göstərə bilməmişdir. Bununla yanaşı məhkəməyə təqdim olunmuş materiallarda X9 göstərilən hərəkətlərə yol verildiyini təsdiq edən sənədlər və şahid ifadələri də mövcud deyildir. Göründüyü kimi təqdim olunmuş iş materiallarında, tərtib olunmuş protokolda və inzibati tənbehvermə haqqında qərarda X3 və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması və göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi istisna olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan X17 isə şikayətində özünü təqsirli hesab etməyərək heç bir inzibati xəta hadisəsi törətməməsini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hətta Lerik Rayon Hamarmeşə kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması faktı mövcud olsa belə həmin fakt üzrə xəta törədən şəxs kimi bələdiyyə sədri məsuliyyət daşımır. Belə ki, iş materiallarında olan 01 sentyabr 2023-cü il tarixli 1-45 saylı "xxxx"lərdən görünür ki, Lerik Rayon Kommunal X6 ilə “Lerik Rayon Hamarmeşə kənd sakinləri arasnda xx.xx.2023-ü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Lerik Rayon Hamarmeşə kəndi əriazisində yerləşən məişət tullantılarının yığılması üçün nəzərdə tutulan konteynerlərdən toplanmasının təmin edilməsi üçün müqavilə bağlanmışdır. İş materiallarında olan Lerik rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X8 tərəfindən tərtib edilmiş 02 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X17 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Lerik rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X10 tərəfindən tərtib edilmiş 13 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X17 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarından da müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X4 rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X8 tərəfindən tərtib edilmiş 02 noyabr 2023cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoluna və Lerik rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X10 tərəfindən tərtib edilmiş 13 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoluna əsasən X17 İXM-in 271-ci maddəsi ilə 2000 manat cərimə etmişdir. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Belə ki, İXM-in 9.2-ci maddəsinə əsasən bu xətanın uzanan inzibati xəta hesab edilməsi üçün isə sözügedən inzibati xəta haqqında protokol yəni xx.xx.2023-cü il tarixdə tərtib edilmiş protokol öz təsdiqini tapdığı halda, sübuta yetirldiyi halda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilərdi. Göründüyü kimi, Lerik rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X8 və Lerik rayon Polis Şöbəsinin sahə rəisi polis leytenantı X1 İradə Qurban qızı barəsində eyni xətaya görə 02.11 2023-cü il tarixdə (sahə rəisi M.M.Mustafayev) və xx.xx.2023-cü il tarixdə (sahə rəisi R.M.Cahangirov) tərəfindən Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilsə də, lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X11 həmin protokolları bir icaatda birləşidrərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X5 qəbul etdiyi 10 yanvar 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 10 yanvar 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi X17 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar düzgün tərtib edilməmiş, eyni zamanda həmin protokollar əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar qəbul edilərkən X17 əsassız olaraq inzibati qaydada cərimə edilmişdir. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, şikayət təmin edilməli və X17 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X5 qəbul etdiyi 10 yanvar 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130, 133-134-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X9 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X5 qəbul etdiyi 10 yanvar 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X5 qəbul etdiyi 10 yanvar 2024-cü il tarixli MN № ******* saylı qərarın hüquqi nəticələri ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-36/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-36/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver