Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-364/2023 28.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran şəhəri M.Əsədov küçəsi ev 36-b-də, qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Lerik RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 04 sentyabr 2023-cü il tarixdə saat 19:00-da Lənkəran-Lerik yolunun 25-ci km-də sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi VAZ 2107 markalı ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla düzgün manevr etmə qaydasını pozaraq qarşıda hərəkətdə olan Chevrolet Cruze markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə zamanı hər iki avtomobilə maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında yuxarıda göstərilən inzibati xətanı törətməsini etiraf edərək əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qayda xəbərdar edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclaısına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati materiala zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı olmadan baxıla bilər. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, 28 oktyabr 2023cü il tarixli “230634005 saylı material üzrə cinayət ətqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərarı” və həmin qərar əsasında tərtib edilmiş inzibati xəta haqqında 28 noyabr 2023-cü il tarixli AP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlindən peşiman olması, ilk dəfə inzibati xəta hadisəsi törətməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci madəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-ci madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edildiyindən inzibati xəta üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı barədə məhkməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddələrində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat miqdarında cərimə edilsin. İnziabti xəta üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı barədə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-364/2023
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-364/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver