Məhkəmə qərarları › İş №3(048)-370/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-370/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-370/2024 17.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı – X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Lerik rayonu, Zərikuməco kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lerik rayonu, Zərikuməco kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 17 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Lerik rayon Polis şöbəsinin inzibati binasında polis əməkdaşlarının iş rejimini pozmaqla ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X3 izahatında göstərmişdir ki, raporta əsasən xx.xx.2024-cü il tarixdə Lerik rayonu Piran-Zərikuməco kənd yolunda “Mersedes Benz” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil qarlı havada əks istiqamətlə hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş və nəticədə avtomobil meşə zolağına aşaraq ağaca dəyərək qalmışdır. Hadisə ilə bağlı sürücü Şəxs telefonla şifahi məlumat vermişdir. Hadisə yerinə YPX inspektoru, polis baş serjantı X1 getmiş və hadisə barədə araşdırma apararaq barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati protokol tərtib etmişdir. Sürücü yazılmış protokoldan narazılığını bildirərək DİN-nin 102 XZM-nə məlumat vermişdir. Polis əməkdaşları onu Lerik RPŞ-yə dəvət etmişlər və ona yazılmış protokolun qanuni olduğunu dəfələrlə bildirmişlər və verdiyi 102 məlumatı ilə əlaqədar ərizə və izahat verməsini demişlər və sənədlərini ona təqdim etmişlər. Lakin vətəndaş ərizə və izahat yazmaqdan imtina etmiş, sənədləri götürməyərək aqressiv formada “sənədləri harada almısınızsa ordada mənə verəcəksiniz” demişdir. Vətəndaş Şəxs hüquq və vəzifələri dəfələrlə izah olunsa da, həmin şəxs öz əməllərinə davam edərək polisin iş rejimini pozmuşdur. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o polisin qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərinə davam etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi inzibati xətanı etiraf edərək, ilk dəfə inzibati xəta törətməsini və hazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Lerik rayonu Piran-Zərikuməco kənd yolunda “Mersedes Benz” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil qarlı havada əks istiqamətlə hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş və nəticədə avtomobil meşə zolağına aşaraq ağaca dəyərək qalmışdır. Hadisə ilə bağlı sürücü Şəxs telefonla şifahi məlumat vermişdir. Hadisə yerinə YPX inspektoru, polis baş serjantı X1 getmiş və hadisə barədə araşdırma apararaq vətəndaş barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati protokol tərtib etmişdir. Sürücü yazılmış protokoldan narazılığını bildirərək DİN-nin 102 XZM-nə məlumat vermişdir. Onu Lerik RPŞ-yə dəvət etmişlər və ona yazılmış protokolun qanuni olduğunu dəfələrlə bildirmişlər və verdiyi 102 məlumatı ilə əlaqədar ərizə və izahat verməsini demişlər və sənədlərini ona təqdim etmişlər. Lakin vətəndaş ərizə və izahat yazmaqdan imtina etmiş, sənədləri götürməyərək aqressiv formada “sənədləri harada almısınızsa ordada mənə verəcəksiniz” demişdir. Vətəndaş Şəxs hüquq və vəzifələri dəfələrlə izah olunsa da, həmin şəxs öz əməllərinə davam edərək polisin iş rejimini pozmuşdur. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o polisin qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərinə davam etmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X4 oğlu tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Lerik rayonu Piran-Zərikuməco kənd yolunda “Mersedes Benz” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil qarlı havada əks istiqamətlə hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozmuş və nəticədə avtomobil meşə zolağına aşaraq ağaca dəyərək qalmışdır. Hadisə ilə bağlı sürücü Şəxs telefonla şifahi məlumat vermişdir. Hadisə yerinə YPX inspektoru, polis baş serjantı X1 getmiş və hadisə barədə araşdırma apararaq vətəndaş barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati protokol tərtib etmişdir. Sürücü yazılmış protokoldan narazılığını bildirərək DİN-nin 102 XZM-nə məlumat vermişdir. Onu Lerik RPŞ-yə dəvət etmişlər və ona yazılmış protokolun qanuni olduğunu dəfələrlə bildirmişlər və verdiyi 102 məlumatı ilə əlaqədar ərizə və izahat verməsini demişlər və sənədlərini ona təqdim etmişlər. Lakin vətəndaş ərizə və izahat yazmaqdan imtina etmiş, sənədləri götürməyərək aqressiv formada “sənədləri harada almısınızsa ordada mənə verəcəksiniz” demişdir. Vətəndaş Şəxs hüquq və vəzifələri dəfələrlə izah olunsa da, həmin şəxs öz əməllərinə davam edərək polisin iş rejimini pozmuşdur. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o polisin qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərinə davam etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Lerik rayon Polis şöbəsinin inzibati binasında ictimai qaydanı pozaraq polis əməkdaşlarının iş rejimini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar