Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-375/2023 18.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, xx.xx.1985-ci ildə Astara rayonu Tüləgüvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu Tüləgüvan kəndində ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Lerik Rayon Polis şöbəsinin sahə rəisi, polis leytenantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 05 dekabr 2023-cü il tarixli MN № ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş 05 dekabr 2023-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, xx.xx.2023-ci il tarixdə Şəxs Lerik Rayon 25-ci km-də tor ilə qanunsuz balıq ovu etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 61.5-ci maddələrinə əsaslanaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulmadığından və onun tərəfindən işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından barəsində olan inzibati materiala onun iştirakı olmadan da baxıla bilər. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Lerik RPŞ-nə verdiyi yazılı izahatından görünür ki, o, həmkəndliləri ilə birlikdə istirahət, həmdə ekran toru ilə balıq tutmaq üçün xx.xx.2023-cü il tarixdə Lerik rayonuna gələrək, torları çaya atdıqdan sonra şəkil çəkmişlər. Təxminin 30 dəqiqədən sonar polis əməkdaşları ora gəlib onları polis şöbəsinə aparmışlar. Həmçinin iş materiallarında olan İTB-in sahə polis nəfəri polis baş serjantı X4 RPŞin rəisinə ünvanladığı raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Lerik rayonunun 25-ci km-də yolun kənarından axan çayın qıraxında 3 nəfər şəxsin balıq ovu ilə məşqul olduğunu görüb onlara yaxınlaşmışdır. Yaxınlaşdıqdan sonra aşkar etmişdir ki, həmin şəxslər balıq ovunu qadağan olunmuş tor vasitəsilə edirlər. Onlara ovun tor vasitəsilə qadağan olunmasını izah edərək Lerik RPŞ-nə gətirmişlər. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, hesab edir ki, təqdim olunmuş sübutlarla inzibati xəta hadisəsi və əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə məsuliyyət nəzərdə tutur. İnzibati xəta haqqında protokoldan isə görünür ki, həmin protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən 04 dekabr 2023-cü il tarixdə qadağan edilmiş tor ilə balıq ovu etdiyi üçün tərtib edilmişdir. Lakin protokol tərtib etmiş Lerik rayon polis şöbəsinin sahə rəisi, polis leytenantı X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs konkret hansı hərəkətlərində (balıq ovunda istifadə olunmuş qadağan edilmiş torun hansı formada, hansı ölçüdə, hansı tərkibdə) ifadə olunduğunu göstərə bilməmişdir. Bununla yanaşı məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında materiallarda Şəxs göstərilən hərəkətlərə yol verildiyini təsdiq edən sənədlər və şahid ifadələri də mövcud deyildir. “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.3-ce maddəsinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərə Nazirlik tərəfindən müqavilə ilə sərhədləri bilinən vətəgə sahələri ayrılır. Vətəgə sahələrinin ayrılması haqqında müqavilədə ovlanan balıq və digər su bioresurslarının miqdarı, növləri və ölçüləri, qadağan olunan ov alətləri, texniki vasitələr, habelə bu Qaydalara 1 nömrəli əlavədə nəzərdə tutulan digər qaydalar və şərtlər müəyyən edilir. Həmin qanunun 2.5-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə aşağıdakılar qadağandır: 2.5.1. balıqovlama biletləri olmadan balıq və digər su bioresurslarının ovu;2.5.2. vətəgə sahələrinin ayrılması barədə müqavilə olmadan balıq və digər su bioresurslarının sahildən həyata keçirilən ovu;2.5.3. nəsli kəsilmək üzrə olan qiymətli balıq və digər su bioresursları növlərinin (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu. Balıq və digər su bioresurslarının ovu zamanı bu balıqlar ov alətinə düşərsə, onlar diri halda suya buraxılmalıdır;2.5.4. gəmilərlə kilkə ovu istisna olmaqla, günün qaranlıq vaxtında ov edilməsi;2.5.5. balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr verilmədən ovu;2.5.6. qadağan edilmiş vaxtda və ya icazə verilməyən yerlərdə balıq və digər su bioresurslarının ovu;2.5.7. bu Qaydalarda və vətəgə sahələrinin ayrılması haqqında müqavilə ilə müəyyən edilən ölçülərə uyğun gəlməyən və ya nəzərdə tutulmayan ov alətlərinin tətbiq edilməsi;2.5.8. dənizə, su anbarlarına və göllərə axan çayların mənsəbində 500 metrlik radiusda balıqların ovu;2.5.9. nərə cinsli balıq növlərinin açıq dənizdə sənaye məqsədləri ilə ovu;2.5.10. Kür çayında törədici nərəkimilərin və qızıl balıqların ovu istisna olmaqla, çayın üçdə iki hissəsinin ov alətləri, balıq və digər su bioresurslarının ovu üçün ixtisaslaşdırılmış digər qurğularla əhatə edilməsi, həmçinin hər iki sahildən eyni vaxtda nevodların atılması;2.5.11. uzunluğu 25 metrdən artıq olan qurma torlarla balıq və digər su bioresurslarının ovu;2.5.12. parazitlər və infeksiya nəticəsində xəstələnmiş balıqlar müşahidə olunan su hövzələrində ov alətlərinin əvvəlcədən dezinfeksiya olunmadan digər hövzələrə köçürülməsi;2.5.13. çayların məcrasında balıqların qışlama yerlərinə kimi 1 km məsafədə vətəgələrin açılması, bəndlərin salınması, üzən nəqliyyatın olması, habelə çayın məcrası və qolları nəzərə alınmaqla vətəgələrin arasında məsafənin 1 km-dən az olması, həmçinin qarşı-qarşıya duran yeni vətəgələrin yaradılması;2.5.14. dayanan torların və nevodların, habelə tələ quruluşlu digər ov alətlərinin şahmat qaydası üzrə qurulması, həmçinin nevodların arasında və onların ətrafında 1 km məsafədən yaxında hər hansı digər ov alətləri ilə ov edilməsi;2.5.15. qazanların sayından asılı olmayaraq, nevodun ümumi uzunluğunun 1 km-dən çox, onların arasındakı məsafənin isə 1 km-dən az olması;2.5.16. venter və ya karavalarda qurğuların arasında düz xətt üzrə məsafənin 50 m-dən az, çəpərlərin uzunluğunun 10 m-dən çox, ov alətlərinin ümumi uzunluğunun 25 m-dən çox olması;2.5.17. çəpərləri bir-birinə bağlanmış 3 venterin qurulması;2.5.18. partlayıcı və zəhərləyici maddələrin, qarmaq və kustar üsulu ilə düzəldilmiş itiuclu digər alətlərin, odlu və pnevmatik silahların, həmçinin elektrik cərəyanının tətbiq edilməsi ilə balıq və digər su bioresurslarının ovu (kilkə ovunda istifadə edilən elektrik lampaları istisna olmaqla);2.5.19. qovub-tutma, qarmaq batırma, tilovlama, ilişdirmə, ağacla vurma üsulları ilə balıq və digər su bioresurslarının ovu;2.5.20. bu Qaydalara 4 nömrəli əlavə ilə müəyyən edilən vətəgə əhəmiyyətli balıq növlərinin təbii kürüləmə yerlərindən, həmçinin balıq və digər su bioresurslarının ovu üçün əhəmiyyətli yerlərin sahillərindən qum, torpaq və çınqılın yığılması;2.5.21. kapron və kətan liflərdən hazırlanmış torlar istisna olmaqla, digər sintetik saplı və təksaplı torlarla balıq və digər su bioresurslarının ovu.2.6. Balıqların vətəgə ölçüsü ağzının bağlı vəziyyətində burnunun ucundan, pulcuqlu balıqlarda pulcuq örtüyünün qurtardığı yerə qədər, pulcuqsuz balıqlarda isə quyruq üzgəcinin ən dərin çuxuruna qədər olan məsafədir. Xərçəng isə gözündən quyruğunun sonuna qədər məsafə ilə ölçülür.2.7. Ov alətlərinə düşmüş vətəgə ölçülərinə uyğun gəlməyən balıq və digər su bioresurslarının bu Qaydalara 1 nömrəli əlavənin 4-cü və 5-ci hissələri ilə müəyyən edilmiş ölçülərdə və norma həddində ovuna və qəbuluna yol verilir. Venter, karava, atılan və dayanan nevod, habelə digər ov alətlərinə düşən vətəgə ölçülərinə çatmamış nərə cinsli balıq növləri dərhal diri halda suya buraxılmalıdır. Vətəgə ölçülərinə çatmamış balıq və digər su bioresurslarının miqdarı təyin edilmiş normadan artıq olarsa, həmin yerdə ov dayandırılır və ya gözünün ölçüləri böyük olan digər ov alətləri ilə əvəz edilir.2.8. Ov alətlərində torun gözünün ölçüləri hörmə üzrə 11 düyünün arasındakı məsafənin ölçülüb həmin rəqəmin 10-a bölünməsi yolu ilə təyin edilir. Kətan iplikdən hazırlanmış yaş halda ov alətlərinin gözləri ölçülərkən müəyyən edilmiş ölçülərin 5 faiz azaldılmasına yol verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən qanunsuz ov etmə faktı movcud olmadığından onun əməli İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibini yaratmır. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni Məcəllənin 53.0.1 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs nın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-375/2023
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-375/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver