Məhkəmə qərarları › İş №3(048)-38/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-38/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-38/2025 16.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Muradov Nurlan Əlyar oğlunun katibliyi, Lerik Polis ŞöbəsininİTB-in sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs , Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Lerik rayonu, Siyov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Lerik rayonu Siyov kənd orta məktəbində xadimə işləyən, Lerik rayonu, Siyov kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 16 yanvar 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Lerik Rayon Siyov kənd orta məktəbində Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirməklə inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır Məhkəmə iclasında Lerik Polis ŞöbəsininİTB-in sahə rəisi, polis leytenantı X3 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Lerik Rayon Siyov kənd orta məktəbində Zərərçəkmiş şəxs döydüyündən təhqiqat araşdırması aparılmış və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan Lerik RPŞ-in TQ-u tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Lerik RPş-in İTB-nə göndərilmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Odur ki, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Lerik Rayon Siyov kənd orta məktəbində Zərərçəkmiş şəxs ilə mübahisə etmiş lakin, onu döyməmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirlmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində Lerik Rayon Siyov kənd orta məktəbində məktəbdə onunla birlikdə xadimə işləyən Şəxs qız onu döymüşdür. Hazırda B.Məmmədova ilə barışmamışdır. Odur ki, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməməsi barədə vermiş olduğu izahatını inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, xx.xx.2025-ci il tarixli Lerik RPŞ-in TQ-u tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Lənkəran rayonlararası MTE və PA şöbəsinin 29 noyabr 2024-cü il tarixli 100 saylı ekspert rəyində göstərilmişdir ki, X2 bədəni üzərində-hər iki bazu nahiyələrində qançırlar, sol said, hər iki əl nahiyələrində sıyrıqlar aşkar edilmidşri. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyalrın) təsirindən törənmşlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi zərərçəkmiş şəxsin ifadəsi, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 16 yanvar 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokolu, xx.xx.2025-ci il tarixli Lerik RPŞ-in TQ-u tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar