Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-382/2023 18.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində iznibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakıilə, xx.xx.1997-ci ildə Lerik rayonunun Babagil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Lerik rayonunun Babagil kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Lerik RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə özünə məxsus 12 kalibirli MR-155 markalı, ********** nömrəli yivsiz lüləli ov silahı ilə Lerik rayonun Günəşli kəndində 1 baş çöl donuzunu ovlamış və təbibətə 220 manat ziyan vurmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta törətmişdir. Məhkəmə iclası zamanı barəsində iznibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Lerik rayon Günəşli kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə özünə məxsus 12 kalibirli MR-155 markalı, ********** nömrəli yivsiz lüləli ov silahı ilə Lerik rayonun Günəşli kəndində 1 baş çöl donuzunu ovlamışdır. Ov silahı sənədlə özünə məxsusdur. Ov silahı və silahın sənədi yəni vəsiqəsi Lerik RPŞ-də saxlanılır. Ona görə də vəsiqəni təqdim edə bilmir. Törətdiyi əməldən peşimandır. Odur ki, ona qanunamüvafiq qaydada köməklik edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmişsəlahiyyətli orqanın nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 60-cı maddəsinə əsaslanaraq hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmişsəlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından inzibati materiala onun iştirakı olmadan da baxıla bilər. Materiala əlavə edilmiş 10 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan və həmin qərar əsasında tərtib edilmiş inzibati xəta haqqında 13 dekabr 2023-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarda olan Lerik RPŞ-in TQ-un təhqiqatçısı, polis baş leytenantı Haldun Məmmədli tərəfindən qəbul edilmiş 10 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs 12 kalibirli MR-155 markalı, ********** nömrəli yivsiz lüləli ov silahına məxsus 19 noyabr 2021-ci il tarixli 2788 saylı şəhadətnaməsi vardır. İş materiallarından müəyyən olunur ki, 19 noyabr 2021-ci il tarixli 2788 saylı şəhadətnamə ilə Şəxs məxsus 12 kalibirli MR-155 markalı, ********** nömrəli yivsiz lüləli ov silahı hazırda Lerik RPŞ-də saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ov hüququnun məhdudlaşdırılması daha məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib altı ay müddətə ov hüququ məhdudlaşdırılsın. İnzibati xətanın törədilməsində alət olan Lerik rayon Polis Şöbəsində saxlanılan 1 ədəd 12 kalibirli MR-155 markalı, ********** nömrəli yivsiz lüləli ov silahı sahibi Şəxs özünə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lerik Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-382/2023
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-382/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver