Məhkəmə qərarları › İş №3(048)-383/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-383/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-383/2023 13.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10, tələbkar X1 və Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1973-cü ildə Lerik rayon Laman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta ixtisas təhsilli, Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktoru işləyən, Lerik rayon Laman kəndində qeydiyyatda olan və orada yaşayan X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Lerik rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: X2 Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2 (048)-405/2023 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclası zamanı Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərdi ki, Lerik Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2 (048)- 405/2023 saylı icra vərəqəsinə əsasən X1 Lerk Rayon laman kənd natamam orta məktəbinin xadiməçi işindən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli 104 saylı əmri etibarsız hesab edilməklə, R.Məlikova həmin məktəbə 1 vahid ştatla xadiməçi işinə bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqı alınaraq R.Məlikovaya verilməsi qərara alınmışdır.İcra vərəqəsi Lerik Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. Borclu Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktoruna tələbin könüllü icrası ilə bağlı bildiriş və xəbərdarlıq göndərilmiş, lakin borclu icra məmurunun qanuni tələbindən yayınaraq məhkəmə qərarının icrasını təmin etməmişdir. Göründüyü kimi borclu icra vərəqəsinin icrasını təmin etməyərək icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktoru X10 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktoru işləyir. Lerik Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2 (048)-405/2023 saylı icra vərəqəsinə əsasən X1 Lerk Rayon laman kənd natamam orta məktəbinin xadiməçi işindən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli 104 saylı əmri etibarsız hesab edilməklə, R.Məlikova həmin məktəbə 1 vahid ştatla xadiməçi işinə bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqı alınaraq R.Məlikovaya verilməsi qərara alınmışdır. Belə ki, işlədiyi məktəbdə vakant xadimə işi və ona uyğun iş olmadığından qərarı icra edə bilmir. Belə ki, sinif komplektleri aşağı düşdüyündən həmin ştat kəsilmiş, əgər yeni sinif komplekti yaradılarsa yeni xadimə ştatı verildiyi halda R.Məlikovanı işlə təmin etmək mümkün olar. Hazırda isə məhkəmənin qətnaməsini tərəflərindən icra etmək mümkünsüzdür. Əmək haqqı və digər mübahisəli maliyyə məsələləri ilə əlaqədar Təhsil Nazirliyinin Lənkəran Astara Regional Təhsil İdarəsi tərəfindən vəsaitin ayrılması nəzərdə tulmadığndan həmin hissədə də icra oluna bilmir. Vəsait və ştat ayrılan kimi məhkəmənin icra sənədi icra ediləcəkdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı tələbkar X5 izahatında göstərdi ki, Lerik Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2 (048)-405/2023 saylı icra vərəqəsinə əsasən onun Lerk Rayon Laman kənd natamam orta məktəbinin xadiməçi işindən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli 104 saylı əmri etibarsız hesab edilməklə, onun həmin məktəbə 1 vahid ştatla xadiməçi işinə bərpa edilməsi və xx.xx.2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqı alınaraq ona verilməsi qərara alınmışdır. Lakin cavabdeh Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktoru qətnamənin icrasına laqeyid yanşaraq icra sənədini icra etmir. Göründüyü kimi qətnamə dövlətin adından çıxsada hazıra kimi icra olunmamışdır. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi X4 Rayon Laman kənd natamam orta məktəbinin direktoru vəzifəsidə işləməklə vəzifəli şəxs hesab olunur. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 13 dekabr 2023-cü il tarixli MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Lerik Rayon Laman kənd natamam orta məktəbinin direktoru X10 vəzifəli şəxs kimi əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş X6 əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta törətmiş X8 inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar