Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 3(048)-393/2023 29.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Böyük məsləhətçi Məmmədov Anar Musarza oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 Mərkəzi tərtib edilmiş 02.12. 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında prtokoldan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 Mərkəzi tərtib edilmiş 02.12. 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında prtokoldan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. X5 həmin qərardan Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə uyğun olaraq yaşayış yer üzrə Lerik Rayon Məhkəməsinə şikayət verib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 Mərkəzi tərtib edilmiş 02.12. 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında prtokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. X5 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 Mərkəzi tərəfindən tərtib edilmiş MN № 149497 saylı inzibati xəta haqqında prtokoldan şikayət verilsə də, iş materiallarını araşdırılarkən müəyyən olmuşdur ki, sözügedən inizbati xəta haqqında protokol üzrə qərar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 Mərkəzi tərəfindən tərtib edilmiş MN № 149497 saylı inzibati xəta haqqında protokolndan şikayət vermişdir. Lakin qanunvericilikdə inzibati tənbehvermə haqqında qərardan şikayət vermə nəzərdə tulasada, inzibati xəta haqqında prtokondan şikayət vermə nəzərdə tutulmamışdır. X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 Mərkəzi tərəfindən tərtib edilmiş MN № 149497 saylı inzibati xəta haqqında prtokolundan vermiş olduğu şikayət geri qaytarılmalı və X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 Mərkəzi tərəfindən tərtib edilmiş MN № 149497 saylı inzibati xəta haqqında protokol üzrə səlahiyyətli orqan tərəfindən inzibati tənbehvermə haqqında qərar qəbul edildiyi halda həmin qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə şikayət etmə hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109,112, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 Mərkəzi tərəfindən tərtib edilmiş MN № 149497 saylı inzibati xəta haqqında prtokolundan vermiş olduğu şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. X4 izah edilsin ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 Mərkəzi tərəfindən tərtib edilmiş MN № 149497 saylı inzibati xəta haqqında protokol üzrə səlahiyyətli orqan tərəfindən inzibati tənbehvermə haqqında qərar qəbul edildiyi halda həmin qərarın ləğv edilməsi ilə bağlı Qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə məhkəməyə şikayət vermə hüququ vardır. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-393/2023
Lerik Rayon Məhkəməsi Qərardad — İş №3(048)-393/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver