Məhkəmə qərarları › İş №3(048)-4/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-4/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-4/2025 10.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Lerik rayonu, 40-cı km kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Lerik rayonu, 40cı km kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə Lerik RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik Rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 17 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı protokol və əlavə edilmiş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş 17 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı protokoldan görünür ki, Şəxs istifadəsində olan “TOZ 34” markalı ******* nömrəli ov silahının saxlanılma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli şəxs və ya nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli şəxs və ya nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi inzibati xətanı etiraf edərək izahatında bildirmişdir ki, 12 kalibirli “TOZ 34” markalı ******* nömrəli ov silahını əldə etsədə, lakin maddi imkanı olmadığından silahın saxlanılması üçün seyf düzəltməmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək onda ov silahın saxlama qaydalarını yoxlayan zaman tüfəngin saxlama qaydalarının pozulduğu müəyyən edilmişdir. Ona görə də həmin ov tüfəngini polis əməkdaşlarına təhvil vermişdir. Sonda əməlindən peşman olmasını və silah üçün saxlama seyfi sifariş verməsini bildirərək barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan 17 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) xüsusi icazə almış olsa da, lakin mülki silahın saxlanılması qaydalarını pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 30 oktyabr 2013-cü il tarixli 1436 nömrəli Şəhadətnamədən görünür ki, 12 kalibirli “TOZ 34” markalı ******* nömrəli qoşa lüləli ov tüfəngi saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Şəxs adına verilmişdir. Materiala əlavə edilmiş inzibati xəta haqqında 17 dekabr 2024-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 590.1-ci madəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş döyüş sursatı müsadirə edilməməklə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ondan götürülmüş və hazırda maddi sübut kimi Lerik rayon Polis şöbəsində saxlanılan – 01 ədəd 12 kalibirli “TOZ 34” markalı ******* nömrəli qoşa lüləli ov tüfəngi müsadirə edilməməklə 50 (əlli) manat inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ondan götürülmüş inzibati xətanın törədilməsində alət olan və Lerik rayon Polis Şöbəsində saxlanılan - 01 ədəd 12 kalibirli “TOZ 34” markalı ******* nömrəli qoşa lüləli ov tüfəngi müsadirə edilməməklə 50 (əlli) manat inzibati cərimə edilsin. İnzibati xətanın törədilməsində alət olan Lerik rayon Polis şöbəsində saxlanılan - 01 ədəd 12 kalibirli “TOZ 34” markalı ******* nömrəli qoşa lüləli ov tüfəngi Şəxs qaytarılsın. Qərarın icrası müvafiq olaraq Lerik Rayon Polis Şöbəsinə və Lerik Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar