Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 3(048)-40/2025 06.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, xx.xx.1976-cı ildə Lerik rayonu, Kaqoy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lerik rayonu, Kaqoy kəndində qeydiyyatda olan Şəxs Mikayıl oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Mikayıl oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X3 İTB-in sahə rəisi, polis leytenatı X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Barəsində iznibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mikayıl oğlu ərizə ilə məhkəməyə müraciət edərək təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, heç bir inzibati xəta törətmədiyini, barəsində Lerik RPŞ tərəfindən qəbul edilmiş qərar üzrə yazılı izahat vermədiyini, həmçinin barəsində tərtib edilmiş protokolla tanış olmadığını, protokola imza etmədiyini bildirərək inzibati materialın Lerik RPş-nə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, təqdim edilmiş materiallar natamam olmaqla yanaşı, inzibati material üzrə şübhələr rmövcud olmaqla protokol düzgün tərtib olunmamışdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Lerik Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Göründüyü kimi X3 İTB-in sahə rəisi, polis leytenatı X1 inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən inzibati material üzrə barəsində iznibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mikayıl oğlunun izahatı alınmadan, inzbati materialla tanış edilmədən İXM-nin 590.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmişdir. Odur ki, məhkəmə qərardadında qeyd olunan nöqsanların aradan qaldırılması inzibati protokolu tərtib etmək səlahiyyətində olan orqan üçün məcburidir və yalnız bu çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra təkrarən material məhkəməyə göndərilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, X3 İTB-in sahə rəisi, polis leytenatı X1 tərəfindən Şəxs Mikayıl oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Mikayıl oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar Lerik rayon Polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-40/2025
Lerik Rayon Məhkəməsi Qərardad — İş №3(048)-40/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver