Məhkəmə qərarları › İş №3(048)-43/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-43/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-43/2024 13.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Lerik rayonu Kıncıvo kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, Lerik rayonu Köncıvo kəndində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 13 fevral 2024-cü il tarixli MN № ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş 13 fevral 2024-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, X1 məxsus pornoqrafiq görüntülər müxtəlif sosoal şəbəkələrdə yayılmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun pornoqrafik xarakterli görüntüləri sosial şəbəkədə yayılmışdır. Həmin görüntülərlə tanış olmuşdur. Həmin görüntülər telefon vasitəsilə tanış olduğu qız tərəfindən yayımlanmışdır. Həmin qız ondan görüntülərin yayımlanmaması müqabilində 3000 (üç min) ABŞ dolları pul istəmişdir. Lakin o həmin qıza pul verməmişdir. Sonra isə dərhal DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etmiş və onu həmin təşkilat çağırmış və orada izahat vermişdir. Əlavə olaraq qeyd edir ki, həmin görüntülər ona məxsus olsa da lakin həmin görüntüləri o yayımlamış və heç bir inzibati xəta törətməmişdir. Odur ki, barəsində tərtib olunmuş protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, hesab edir ki, təqdim olunmuş sübutlarla inzibati xəta hadisəsi və əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388- 1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati xəta haqqında protokoldan isə görünür ki, həmin protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən pornoqrafiq görüntülərin müxtəlif sosoal şəbəkələrdə yayılmasına görə tərtib edilmişdir. Lakin protokol tərtib etmiş Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs konkret hansı hərəkətlərində inzibati xəta olunduğunu göstərə bilməmişdir. Bununla yanaşı məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında materiallarda Şəxs göstərilən hərəkətlərə (pornoqrafiq görüntülərin müxtəlif sosial şəbəkələrdə yayılmasına) yol verildiyini təsdiq edən sənədlər və şahid ifadələri də mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məxsus pornoqrafiq görüntülər Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi faktı movcud olsa da, ancaq həmin görüntülərin Şəxs tərəfindən yerləşdirilməsi təsdiq olunmadığından Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin tərkibini yaratmır. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni Məcəllənin 53.0.1 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar