Məhkəmə qərarları › İş №3(048)-43/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-43/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-43/2025 05.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İclas katibi məsləhətçi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İnzibati xəta haqqından protokol tərtib etmiş şəxs X1, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2007-ci ildə Lerik rayon Haftonu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Lerik şəhəri H.Aslanov küçəsində qeydiyyatda olmaqla orada valideyinləri ilə birlikdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Lerik RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi VAZ 21074 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik şəhəri, E.Qarayev küçəsində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan 25 yanvar 2025-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi VAZ 21074 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik şəhəri, E.Qarayev küçəsində avtoxuliqanlıq hərəkətləri etməklə inzibati xəta törətmişdir. Məhkəmə iclasında X5 YPX-in inspektoru, polis baş serjantı X3 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi VAZ 21074 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik şəhəri, E.Qarayev küçəsində avtoxuliqanlıq etməsi ilə bağlı video çəkilişi sosial şəbəklərdə yaymışdır. Oan görə də barəsində Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Odur ki, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakı ilə dindirilərkən yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilrək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə atasına məxsus idarə etdiyi VAZ 21074 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lerik şəhər E.Qarayev küçəsində avtoxuliqanlıq hərəkətləri etmişdir. Etdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq ona qanuna müvafiq qaydada köməklik edilməsini xahiş edir. Məhkəmə iclası zamanı müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X4 çıxışında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmadığını və əməlindən peşman olduğunu nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş “üzərində ** BB ***” yazıları ilə yazılmış video diskə baxış keçirlərkən müəyyən oludu ki, ağ rəngli VAZ 21074 markalı avtomobil Lerik şəhər E.Qarayev küçəsində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması ilə avtoxuliqanlıq etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsi, əməlindən peşiman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Məhkəmə inzibati xəta haqqında 25 yanvar 2025-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 511.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində maddənin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar