Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 3(048)-46/2025 27.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran ŞRPŞ-in Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 oğlu tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli,İXP ******* saylı protkol üzrə qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayətinə baxaraq müəyyən etdi: Lerik Rayon Məhkəməsinə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran ŞRPŞ-in Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli,İXP ******* saylı protkol üzrə qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayəti daxil olmuşdur. İş materiallarındakı məlumatlara əsasən protokolun tərtib edilməsinə səbəb “FORD- TRANSİT YÜK” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X1 rayonu ərazisində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3,324.4 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli,İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta Lənkəran rayonu ərazisində törədilmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin ehtimal olunan inzibati xətanın Lənkəran rayonu ərazisində baş verdiyini və barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxsin qərardan şikayətə yaşayış yeri üzrə baxılması barədə vəsatətinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110, 112, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran ŞRPŞ-in Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli,İXP ******* saylı protkol üzrə qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayətinə dair 3(0648)-46/2025 saylı iş aidiyyatı üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(048)-46/2025
Lerik Rayon Məhkəməsi Qərardad — İş №3(048)-46/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver