Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-47/2025 03.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, X4 İTB-in sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Lerik rayonu, Lerik qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Lerik rayon YMH-də daxili xidmət üzrə işləyən, Lerik şəhər Şəxs küçəsində qeydiyyatda olmaqla orada yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 03 fevral 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Lerik şəhərinin mərkəzində Zərərçəkmiş şəxs məxsus maşına təpiklə vuraraq nalayıq ifadələr işlətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında X4 İTB-in sahə rəisi, polis mayoru X2 bildirdi ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə DİN-in 102 XZM-nə zəng vuraraq Lerik şəhər sakini Şəxs adlı şəxs tərəfindən onun avtomobilinə qəsdən təpiklə vyrmuşdur. Müraciətlə bağlı Lerik RPŞin TQ-u tərəfindən araşdırma aparılmış və Şəxs xx.xx.2025-ci il tarixdə Lerik şəhər sakini Zərərçəkmiş şəxs təhqir etməsi müəyyən olunduğundan xx.xx.2025-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilərək barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi inzibati xəta haqqında protokol tərtib olunması üçün Lerik RPş-in İTB-nə göndərilmiş və tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Odur ki, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi Mitsubishi markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə Lerik rayon Mərkəzi Xəstəxananın yaxınlığında hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı, ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə üz-üzə gəldiyini və Zərərçəkmiş şəxs yol istəsədə ona yol vermədiyi üçün avtomobilindən düşüb Ramilin avtomobilinə təpiklə vurmuşdur. Hazırda əməlindən peşimandır. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirlmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə Lerik rayon Mərkəzi Xəstəxananın yaxınlığında özünə məxsus VAZ 2107 markalı, ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Lerik şəhər sakini Şəxs idarə etdiyi avtomobillə onunla üz-üzə gəlmiş, ona yol versə də lakin Cavid maşından düşərək onunla mübahisə etməklə avtomobilinə təpuklə vuraraq avtomobilini yararsız hala salmış və təkrar olaraq onu söyüb təhqir etmişdir. Hazırda Şəxs ilə barışmamışdır. Odur ki, barəsində qanunamüvafiq qaydada inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 03 fevral 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokolu, xx.xx.2025-ci il tarixli Lerik RPŞ-in TQ-u tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxs əməlindən peşiman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, yüngülləşdirən halları, nəzərə alaraq, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-47/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-47/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver