Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-48/2024 21.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Lerik rayonunun Zərdəbərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Lerik rayonunun Zərbəbərə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Lerik Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əliyev X2 Rayon Məhkəməsinin 2(049)-267/2021 saylı, 24 fevral 2021-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dilqəm Mütəllimli tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 16 fevral 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(049)-267/2021 saylı icra vərəqəsinə əsasən 26 dekabr 2006-cı il təvəllüdlü X6, 08 sentyabr 2008-ci il təvəllüdlü X4, 02 oktyabr 2010-cu il təvəllüdlü X7 və 28 oktyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 sentyabr 2020-ci il tarixdən başlayaraq ondan hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub X5 verilməsi qərara alınmışdır. Belə ki, onun yetkinlik yaşına çatmayan qızları tələbkarın evində yaşayır. Oğlu isə onunla birlikdə yaşayır. O aliment borcundan tələbkara ödənişlər etmişdir. Lakin protokolda aliment borcu çox yazılmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 oğlu bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(049)- 267/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 26 dekabr 2006-cı il təvəllüdlü X6, 08 sentyabr 2008-ci il təvəllüdlü X4, 02 oktyabr 2010-cu il təvəllüdlü X7 və 28 oktyabr 2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub X5 verilməsi qərara alınmışdır. İcra vərəqəsi Lerik Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. Hazırda borclu Şəxs üzərində 12.300 manat ödənilməmiş aliment borcu vardır. Borclu Şəxs icra məmurunun qanuni tələbindən yayınaraq məhkəmə qərarının icrasını təmin etməmiş və üzərində olan aliment pulunu ödəməkdən yayınmışdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-267/2021 saylı, 24 fevral 2021-ci il tarixli icra sənədindən görünür ki, 26 dekabr 2006-cı il təvəllüdlü X6, 08 sentyabr 2008-ci il təvəllüdlü X4, 02 oktyabr 2010-cu il təvəllüdlü X7 və 28 oktyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 11 sentyabr 2020-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulub X5 verilməsi qızına verilməsi qət edilib. İcraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-267/2021 saylı, 24 fevral 2021-ci il tarixli tərəfindən verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun ifadəsi, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra olunsun. Həbsetmənin əvvəli « 21 » fevral 2024-cü il tarixdən saat 10:00-dan hesablansın. Qərarın icrası Lerik Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-48/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-48/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver