Məhkəmə qərarları › İş №3(048)-51/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-51/2024

16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-51/2024 16.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas ktibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, 25 avqust 1990-ci il tarixdə Lerik rayon Soru kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Lerik rayon Soru kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə Lerik rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Astara rayon Natariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli ,8İ 10190 saylı və xx.xx.2023-cü il tarixli 8İ-10454 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclası zamanı Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərdi ki, Astara rayon Natariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli ,8İ-10454 saylı icra qeydi üzrə 7333 manat 13 qəpik əsas məbləğ, 143 manat 46 qəpik penya və 25 manat dövlət rüsumu olmaqla cəmi 7501 manat 59 qəpik pulun və xx.xx.2023-cü il tarixli 8İ-10190 saylı icra qeydi üzrə 10654 manat 80 qəpik 359 manat 34 qəpik penya 25 manat dövlət rüsumu olmaqla cəmi 11039 manat 14 qəpik pulun tutulub tələbkar "xxxx" ASC-nin xeyrinə verilməsi qərara alınmışdır. İcra vərəqələri Lerik Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. İcra sənədi üzrə borclu Şəxs üzərində olan borc məbləğini tələbkarın xeyrinə ödəməsi barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, barəsində olan icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməyərək icra sənədinin icrasından yayınmışdır. Borclu, icra sənədi icraya yönəldiyi vaxtdan tələbkarın xeyrinə ödəniş etməmişdir. Göründüyü kimi borclu icra vərəqəsinin icrasını təmin etməyərək icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, həqiqətən də, Astara rayon Natariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli ,8i-10454 saylı icra qeydi üzrə 7333 manat 13 qəpik əsas məbləğ, 143 manat 46 qəpik penya və 25 manat dövlət rüsumu olmaqla cəmi 7501 manat 59 qəpik pulun və xx.xx.2023-cü il tarixli 8İ-10190 saylı icra qeydi üzrə 10654 manat 80 qəpik 359 manat 34 qəpik penya 25 manat dövlət rüsumu olmaqla cəmi 11039 manat 14 qəpik pulun tutulub tələbkar "xxxx" ASC-nin xeyrinə verilməsi qərara alınmışdır. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmiş ona görə də cinayət məsuliyyətinə cəlb olunmaqla məhkum olunmuşdur. Bundan başqa o, ailəli olmaqla rəsmi olaraq heç bir yerdə işləmir və azyaşlı uşaqları onun himayəsindədir.Göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. İnzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar