Məhkəmə qərarları › İş №3(048)-53/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-53/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-53/2024 29.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.1987-ci ildə Lerik rayonu, Kıncıvo kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Lerik rayonu Köncıvo kəndində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası DİN Baş X11 İdarəsi tərəfindən EQ 17924678 saylı, xx.xx.2024-cü il tarixli inzibati xətalarla bağlı çıxarılan inzibati təhbehvermə haqqında elektron qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası DİN Baş X11 İdarəsi tərəfindən EQ 17924678 saylı, xx.xx.2024-cü il tarixli inzibati xətalarla bağlı çıxarılan inzibati təhbehvermə haqqında elektron qərara əsasən «Vaz 212140» minik markalı ** LP ***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə «inzibati xəta haqqında» EQ 17924678 saylı, xx.xx.2024-cü il tarixli elektron qərar qəbul olunmuşdur. Qeyd edilən protokoldan X6 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası DİN Baş X11 İdarəsi tərəfindən qəbul olunmuş EQ 17924678 saylı xx.xx.2024-cü il tarixli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Həmin qərardan görünür ki, X6 08.01. 2024-cü il tarixdə saat 07:43 radələrində «Vaz 212140» minik markalı ** LP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Material üzrə işin məhkəmə baxışının vaxtı və yeri barədə qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinə vaxtında bildirilməsinə baxmayaraq, sonuncunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onun tərəfindən işə baxılmasınının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Bu halda məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 133.2.4-cü maddəsinin tələbinə əsasən, işə qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxs X6 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək bildirdi ki, mülkiyyətində olan ** LP *** nömrə nişanlı Niva markalı avtomobil vardır. Avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur. Ona görə də avtomobildən istifadə etmək üçün, özünün iştirakı ilə sürücülük hüququ olan şəxs vasitəsi ilə avtomobildən istifadə edir. Belə ki, xx.xx.2023-cü il tarixində ona məxsus VAZ 212140 minik markalı ** LP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Lənkəran şəhərinə getmək üçün iş yoldaşı X1 xahiş etmişdir ki, onu Lənkəran şəhərinə aparsın. Həmin gün Lənkəran-Lerik yolu Piran kəndi Lənkəran istiqamətində VVC-MC800p SmartRadar İXM 328.1-ci maddəsinə uyğun (sürət həddinin aşması:Sürət limiti 40, faktiki sürət - 57) 10.0 (on) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq olunmuşdur.Bu barədə Lerik RPŞ-nin X11 Bölməsi tərəfindən poçt vasitəsi ilə məktub formasında ona məlumat verilmişdir. "E- manat" ödəmə terminalında cəriməni ödəmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, o əlavə olaraq 100 (bir yüz) manat cərimə olunub. Bu halı aydınlaşdırmaqdan ötrü YPX-i əməkdaşlarına müraciət etmiş ona bildirmişlər ki, qanunvericiliyə əsasən avtomobili idarə etmək üçün sürücülük hüququ olmayan şəxs tərəfindən avtomobil idarə olunarkən inzibati xəta törədildikdə, xəta törədən şəxs əlavə olaraq 100 manat cərimə olunur. Ona görə də məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, yuxarda qeyd etdiyi kimi, inzibati xəta törədilərkən ona məxsus avtomobili özü deyil X5 idarə etmişdir. Həmçinin bu halı təsdiq edəcək şahidlərdə vardır. Qeyd edir ki, o, heç bir inzibati xəta hadisəsi törətməmiş, birmənalı şəkildə bəyan edir ki, xətanı törədən şəxs X3r. Odur ki, inzibati xəta hadisəsi mövcud olmadığından və barəsində tərtib olunmuş qərarın heç bir hüquqi əsası olmadığından Azərbaycan Respublikası DİN Baş X11 İdarəsi tərəfindən tərəfindən qəbul olunmuş EQ 17924678 saylı xx.xx.2024-cü il tarixli elektron qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirlmiş X7 ifadəsində göstərdi ki, xx.xx.2023cü il tarixində yaşadığı Lerik rayon Hovil kəndindən Lənkəran şəhərinə getmək üçün Lerik rayon Piran kəndində olan vaxt Niva markalı avtomobilin Lənkəran şəhər istiqamətində hərəkət etdiyini görmüş və onu da Lənkəran şəhərinə aparsınlar deyə avtomobilə əl qaldırmışdır.Avtomobili saxladıqdan sonra avtomoblin sürücüsünun əvvəldən tanıdığı Xəyyam Məmmədov olduğunu görmüşdür. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN Baş X11 İdarəsi tərəfindən tərəfindən qəbul olunmuş EQ 17924678 saylı xx.xx.2024-cü il tarixli elektron qərar qanunsuz və əsassızdır. Belə ki, inzibati xəta haqqında protokolun qanuniliyi və əsaslılığını yoxlamaq üçün məhkəmə İXM-in 109.1.3-cü maddəsin tələbinə əsasən iş barəsindəz zəruri olan əlavə materialın (inzibati xətanının törədilməsi istinad olunan yerdə və müddətdə vidieo görüntrlərin məhkəməyə təqdim edilməsini tələb etsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi həmin sübutları məhkəməyə təqdim etməmişdir. İşdə olan: xx.xx.2024-cü il tarix X5 tərəfindən məhkəməyə ünvanlanmış teleqramadan görünür ki, xx.xx.2023-cü il tarixdə Vüqar Hüseynova məxsus avtomobili o idarə etmiş, Vüqar Hüseynovun iddiasının doğruuğunu təsdiq edir. AE 441602 saylı sürücülük vəsiqəsindən görnür ki, X5 «BC» dərəcəli sürücülük hüququna malikdir. İXM-in inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hallardan bəhs edən 75.0.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə ilk növbədə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir.Təqdim edilmiş sübutlar İXM-in 84.1-ci maddəsinin tələbinə əsasən (İnzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.) hazırkı iş üzrə inzibati xəta hadisəsinin olmasını təsdiq olunsa da, lakin həmin xətanı Vüqar Hüseynov tərəfindən törədilməsi kifayət qədər təsdiq edilmədiyinə görə məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə X4 istinad edilən inzibati xəta hadisəsi olmamışdır. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2– 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında,134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edə bilər. İş materiallarından və iş üzrə dindirlmiş şahid ifadələrindən də müəyyyən olur ki, X4 məxsus VAZ 212140 minik markalı ** LP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə törədilmiş inzibati xəta hadisəsi, X6 tərəfindən deyil, X5 tərəfindən törədilməsi sübuta yetirildiyindən Lənkəran-Lerik yolu Piran kəndi istiqamətimndə quraşdırlmış VVC- MC800P SmartRadar vasitəsilə X2 İXM-in 328.1-ci maddəsinə əsasən inzibati xəta törətməsi barədə EQ 17924678 saylı, xx.xx.2024-cü il tarixli inzibati xətalarla bağlı çıxarılan inzibati təhbehvermə haqqında elektron qərar ləğv edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü,122, 133-cü və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X11 İdarəsi tərəfindən Lənkəran-Lerik yolunda quraşdırlmış VVC-MC800P SmartRadar vasitəsilə tərtib edilmiş EQ 17924678 saylı, xx.xx.2024-cü il tarixli inzibati xətalarla bağlı çıxarılan inzibati təhbehvermə haqqında elektron qərar ləğv edilsin. Həmin qərarın hüquqi nəticələri ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar