Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-60/2024 04.03.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Lerik rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X1 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Lerik rayonunun Lerik qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lerik şəhəri X.Səfərəliyev küçəsi ev 6-da qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Lerik Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Lerik rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(048)-222/2020 saylı və xx.xx.2023-cü il tarixli 3(048)-107/2023 saylı qərarlarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə qərarı qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclası zamanı Lerik rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 izahatında göstərdi ki, Lerik rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(048)-222/2020 saylı və xx.xx.2023-cü il tarixli 3(048)-107/2023 saylı qərarlarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsi ilə inzibati xəta törətdiyinə görə inzibati qaydada cərimə edilmişdir. Qərarlar icra olunması üçün Lerik Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə göndərilmişdir. Bundan başqa borclu barədə müvafiq sorğular edilmiş və borclunun adında hər hansısa bir daşınmaz və ya daşınar əmlakın olmaması, həmçinin əmək haqqı alması müəyyən edilməmişdir. İcra sənədi üzrə borclu Şəxs üzərində olan borc məbləğini dövlət büdcəsinə ödəməsi barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, barəsində olan icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda Şəxs üzərində ödənilməmiş 1000 manat inzibati cərimə vardır. Göründüyü kimi borclu icra vərəqələrinin icrasını təmin etməyərək icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, həqiqətən də, Lerik rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(048)-222/2020 saylı və xx.xx.2023-cü il tarixli 3(048)-107/2023 saylı qərarlarına əsasən o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə inzibati qaydada ayrı-ayrılıqda 500 manat cərimə edilmişdir. Heç bir yerdə işləmədiyindən cərimələrini ödəyə bilmir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Materiala əlavə edilmiş 04 mart 2024-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs Lerik rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(048)-222/2020 saylı və xx.xx.2023-cü il tarixli 3(048)-107/2023 saylı qərarlarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə inzibati qaydada ayrı-ayrılıqda hər bir qərar üzrə 500 manat cərimə edilmiş və həmin qərarlar qüvvəyə mindiyi gündən 25 gün müddətində icra edilməmişdir. Azərbaycan Respublikası İXM–in 529.2-ci yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında 04 mart 2024-cü il tarixli MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 145.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir: 145.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə. 145.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Həmçinin Şəxs barəsində Lerik Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Lerik rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(048)-222/2020 saylı və xx.xx.2023-cü il tarixli 3(048)-107/2023 saylı qərarlarının icrasına İXM-in 145.1.6-ci maddəsinə əsasən xitam verilməldir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yüz altmış saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində yüz altmış saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. İctimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs barəsində Lerik Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Lerik rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(048)-222/2020 saylı və xx.xx.2023-cü il tarixli 3(048)-107/2023 saylı qərarlarının icrasına İXM-in 145.1.6-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lerik rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-60/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-60/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver