Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-62/2024 09.03.2024 LERİK RAYON MƏHKƏMƏSİ 09 mart 2024-cü il Lerik şəhərində Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Lerik Rayon Dico kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Lerik Rayon Dico kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 2023-cü ilin avqust ayında Lerik rayonu Qələbin kənd sakini X1 pornoqrafik videosunu yaymışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etdi ki,videonun özü çəkmiş , lakin həmin videonun kimim paylaşdığını bilmir. Videonu çəkdiyinə görə əməlindən peşimandır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməməsi barədə vermiş olduğu izahatını inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu əməldən yaxa qurtarmağa yönəlmiş izahat kimi qəbul edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında göstərdi ki, Nizami Xudiyevi tanıyır. Nizami onu nömrəsini həyat yoldaşının telefonundan götürmüşdür. 2023-cü ilin avqust ayında Nizami Xudiyev onun istifadəsində olan nömrəyə vatsapp vasitəsilə zəng edərək onunla danışmışdır. Video zəng zamanıNizami Xudiyev onu hədələyərək onunla yarıçılpaq vəziyyətdə danışmağa vadar etmişdir və onunla yarıçılpaq vəziyyətdə danışmışdır. Nizami Xudiyev onun video görüntürlərini öz telefon yaddaşına qeyd etmişdir.Sonradan o, Şəxslə heç vaxt əlaqə saxlamamışdır. xx.xx.2024-cü il tarixdə bacıları və qardaşları onun video görüntüləri barədə ona məlumat vermişdilər.Video görüntülərin Nizami Xudiyev tərəfindən yayıldığından şübhələnmişdir. Odur ki,Nizami Xudiyev barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, Zəminə Cəfərova onun qızıdır. Hadisədən heç bir xəbəri olmamışdır. Bir neçə gün öncə nəvələri ona zəng edərək qızı Zəminə Cəfərovanın özünu öldürəcəyini bildirmişlər.Sonradan qızının pornoqrafik videosunun yayıldığını bilmişdir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı Mirsəfa Mustafayev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:41-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 21:41-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu:Elektron ünvan İş № 3 (048)-391/2023 21 dekabr 2023-cü il Lerik Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Ramil Mustafayevə Hörmətli Ramil müəllim, X7 barəsində Lerik Rayon Məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə 21 dekabr 2023-cü il tarixli, 3 (048)-391/2023 saylı qərarı icra olunması üçün Sizə göndərilir. Qoşma: 02 (iki) vərəqədə qərar Hörmətlə, Hakim Atabəy Kiçibəyov İş № 3 (048)-391/2023 Məhkəmə iclasının Protokolu 21 dekabr 2023-cü ildə Lerik şəhərində Lerik Rayon Məhkəməsi Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, Müdafiəçi, fərdi fəaliyyət göstərən vəkil X6 iştirakı ilə, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə Lerik rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 11:15 – də başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılası işi elan edir. Sədrlik edən məhkəmə iclasında iştirak edənlər barədə məlumat vermək üçün sözü iclas katibinə verir. İclas katibi məlumat verib bildirdi ki, məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs X7, müdafiəçi və şahidlər iştirak edir. Sədrlik edən şahidləri məhkəmə zalından uzaqlaşdırır. Sədrlik edən iş üzrə icraatın iştirakçısının şəxsiyyətini müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 xx.xx.1960-cı ildə Lerik Rayon Zərdəbərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Lerik Rayon Zərdəbərə kəndində qeydiyyatda olmaqla Lerik şəhəri, İ.Yaqubov küçəsi mənzil 115-də yaşayır. Sədrlik edən məhkəmənin tərkibini elan edir, sədrlik edir hakim Kiçibəyov Atabəy Qələbəy oğlu, (iclas katibi) Mirzəyev Faiq Fizuli oğludur. Sədrlik edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs X5 hakimə və iclas katibinə etiraz etmək hüququnu izah edir. İş üzrə icraatın iştirakçısı hakimə və iclas katibinə etiraznın olmadığını bildirdi. Sədrlik edən iş üzrə icraatın iştirakçının hüquq və vəzifəsini izah edir. İş üzrə icraatın iştirakçısı izah olunmuş hüquq və vəzifələrinin ona aydın olduğunu bildirdi. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahat verməyi təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahatı: -Bildirirəm ki, video çəkilişi iki bundan öncə Sevdanın razılığı ilə özü etsədə lakin videonun yayılmasından onun xəbəri yoxdur. Videonu telefonundan sildikdən sonra telefonunu satmışdır.Videonu çəkdiyinə görə əməlindən peşimandır. Sədrlik edənin s/c X7 göstərir: Videonu çəkdiyimə görə əməlimdən peşimanam Əlavə suallar olmadı. Sədrlik edən məhkəmə tədqiqatının bitdiyini elan edir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə çıxış üçün söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs M.Mirzəyevin çıxışı: - mənə köməklik göstərməyinizi Sizdən xahiş edirəm Çıxışa dair, əlavə olmadı. Sədrlik edən sənədləri elan edir. Sədrlik edən müşavirə otağına gedib, qayıtdıqdan sonra Qərarı elan edərək, məzmununu, şikayət vermə müddətini və qaydasını izah edib, məhkəmə iclasını bağlı elan etdi. İclas qurtardı : 11:30-da Sədrlik edən: Katib:
Məhkəmə qərarları › İş №3(048)-62/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-62/2024
09.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver