Məhkəmə qərarları › İş №3(048)-7/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-7/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-7/2024 12.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirzəbəy oğlunun, Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 və tələbkar X1 nümayəndəsi X2 iştirakı ilə iştirakı ilə, xx.xx.1989-cu ildə Lerik rayonunun Mastayıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Lerik rayonunun Mastayıl kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Mirzəbəy oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə Lerik rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Dənziyev X11 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(048)-16/2023 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclası zamanı Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərdi ki, Lerik rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(048)-16/2023 saylı icra vərəqəsinə əsasən Azərbaycan Respublikası Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Qeydiyyat nömrəsi ********** sayla X1 adına və xx.xx.2019-cu il tarixdə verilmiş Qeydiyyat nömrəsi ********** sayla X3 adına rəsmiləşdirlmiş “Düleybin adlı ” ərazidə X4 və ailəsinə ayrılmış Lerik rayon Mastayıl kəndində yerləşən torpaq sahəsində mübahisə həll edilənədək cavabdeh Şəxs və iddiaçı X1 istifadələri qadağan edilməsi qərara alınmışdır.İcra vərəqəsi Lerik Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. Hazırda borclu Şəxs Mirzəbəy oğlu icra vərəqəsi üzrə öhdəliyi icra etməkdən imtina edir. Borclu Şəxs icra məmurunun qanuni tələbindən yayınaraq məhkəmə qərarının icrasını təmin etməmiş və üzərində olan öhdəliyi icra etməkdən yayınmışdır. Göründüyü kimi borclu icra vərəqəsinin icrasını təmin etməyərək icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirzəbəy oğlu məhkəmə iclası zamanı izahatında göstərdi ki, həqiqətən də Lerik rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(048)-16/2023 saylı icra vərəqəsinə əsasən Azərbaycan Respublikası Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Qeydiyyat nömrəsi ********** sayla X1 adına və xx.xx.2019-cu il tarixdə verilmiş Qeydiyyat nömrəsi ********** sayla X3 adına rəsmiləşdirlmiş “Düleybin adlı ” ərazidə X4 və ailəsinə ayrılmış Lerik rayon Mastayıl kəndində yerləşən torpaq sahəsində mübahisə həll edilənədək cavabdeh ona və iddiaçı X1 istifadələri qadağan edilməsi qərara alınmışdır. Belə ki, icra vərəqəsini icra etmək üçün onun heç bir maddi imkanı yoxdur. Çünki onun evi həmin ərazidədir.Göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X1 nümayəndəsi X6 izahatında göstərdi ki, Lerik rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(048)-16/2023 saylı icra vərəqəsinə əsasən Azərbaycan Respublikası Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Qeydiyyat nömrəsi ********** sayla X1 adına və xx.xx.2019-cu il tarixdə verilmiş Qeydiyyat nömrəsi ********** sayla X3 adına rəsmiləşdirlmiş “Düleybin adlı ” ərazidə X4 və ailəsinə ayrılmış Lerik rayon Mastayıl kəndində yerləşən torpaq sahəsində mübahisə həll edilənədək cavabdeh Şəxs və iddiaçı X1 istifadələri qadağan edilməsi qərara alınmışdır. Lakin borclu məhkəmə qərarını icra etməkdən boyun qaçırıraraq qərar əsasında nəzərdə tutulmuş ərazidə işlər görürür. Odur ki, borclu barəsində qanuni tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Mirzəbəy oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs Mirzəbəy oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs Mirzəbəy oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Mirzəbəy oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar