Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-76/2025 01.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru polis leytenantı - X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Zəngilan rayonu, Sarıl kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik Rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 01 mart 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Lerik RPŞ-in inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq iş rejimini pozmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında 28 fevral 2025-ci il tarixli, protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:41-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X2 izahatında göstərmişdir ki, raporta əsasən xx.xx.2025-ci il tarixdə, saat təxminən 09:35 radələrində Lerik RPŞ-in NMQ-nin əməliyyat müəvəkkili, polis baş leytenantı X11 RPŞ-in NMQ-nin əməliyyat müəvəkkili, polis kiçik leytenanatı X5 və PPXB-in polis nəfəri X10 ilə birlikdə xidməti otağında olduğu zaman vətəndaş X3 qarşı dələduzluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini Şəxs və Şirvan şəhər sakini X13 ilə həmin hadisə ilə bağlı ilkin soğu-sual zamanı həmin şəxslər ucadan “bizi bura niyə gətirmisiniz? mənim heç bir puldan xəbərim yoxdur. “Kart alıbsatmışam, əcəb etmişəm, ümumiyyətlə biz çıxıb gedirik” deyərək xidməti otaqdan dəhlizə çıxaraq öz hərəkətlərini davam etdirmişlər. Polis əməkdaşları həmin şəxsləri dəfələrlə nizam intizama dəvət etsələr də, onlar öz əməllərini davam etdirərək, polisin iş rejimini pozmuş və qanuni tələblərə məhəl qoymamışlar. Bu səbəbdən həmin şəxslər barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenanatı X6 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 09:35 radələrində Lerik RPŞ-in NMQ-nin əməliyyat müəvəkkili, polis kiçik leytenanatı X5 və PPXB-in polis nəfəri X10 ilə birlikdə xidməti otağında olduqları zaman vətəndaş X3 qarşı dələduzluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini Şəxs və Şirvan şəhər sakini X13 ilə həmin hadisə ilə bağlı ilkin soğu-sual zamanı həmin şəxslər ucadan “bizi bura niyə gətirmisiniz? mənim heç bir puldan xəbərim yoxdur. “Kart alıbsatmışam, əcəb etmişəm, ümumiyyətlə biz çıxıb gedirik” deyərək xidməti otaqdan dəhlizə çıxaraq öz hərəkətlərini davam etdirmişlər. Onlar həmin şəxsləri dəfələrlə nizam intizama dəvət etsələr də, həmin şəxslər öz əməllərini davam etdirərək, polisin iş rejimini pozmuş və qanuni tələblərə məhəl qoymamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-in NMQ-nin əməliyyat müəvəkkili, polis kiçik leytenanatı X5 şahid X4 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Lerik RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenanatı X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 09:35 radələrində Lerik RPŞ-in NMQ-nin əməliyyat müəvəkkili, polis baş leytenantı X11 RPŞ-in NMQ-nin əməliyyat müəvəkkili, polis kiçik leytenanatı X5 və PPXB-in polis nəfəri X10 ilə birlikdə xidməti otağında olduğu zaman vətəndaş X3 qarşı dələduzluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini Şəxs və Şirvan şəhər sakini X13 ilə həmin hadisə ilə bağlı ilkin soğu-sual zamanı həmin şəxslər ucadan “bizi bura niyə gətirmisiniz? mənim heç bir puldan xəbərim yoxdur. “Kart alıbsatmışam, əcəb etmişəm, ümumiyyətlə biz çıxıb gedirik” deyərək xidməti otaqdan dəhlizə çıxaraq öz hərəkətlərini davam etdirmişlər. Polis əməkdaşları həmin şəxsləri dəfələrlə nizam intizama dəvət etsələr də, onlar öz əməllərini davam etdirərək, polisin iş rejimini pozmuş və qanuni tələblərə məhəl qoymamışlar. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Lerik RPŞ-in inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 28 fevral 2025-ci il tarixdən, saat 10:41-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 28 fevral 2025-ci il tarixdən, saat 10:41-dən hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-76/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-76/2025
01.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver