Məhkəmə qərarları › İş №3(048)-78/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №3(048)-78/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 3(048)-78/2024 03.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlu, Şəxs barəsində Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyənetdim: Lerik Rayon Polis Şöbəsinin Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən xx.xx.1999-cu il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.2, 332.4 və 339.1-1-ci maddələri ilə tərtib olunmuş 21 mart 2024-cü il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 03 aprel 2024cü il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, onlar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs barəsində digər maddələrlə yanaşı İXM-in 332.4-cü maddəsi ilə də xəta törətməsi qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında cərimə ilə yanaşı, bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir Eyni Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə inzibati həbs nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilməli və həmin işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılması məcburidir. Lakin buna baxmayaraq Lerik Rayon Polis Şöbəsinin Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən Şəxs barəsində 21 mart 2024-cü il tarixdə tərtib olunmuş inzibati xəta haqqında protokol, 03 aprel 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı məhkəmə iclasında təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 100, 103, 106, 109 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: Şəxs barəsində Lerik Rayon Polis Şöbəsinin Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2, 332.4 və 339.1-1-ci maddələri ilə tərtib edilmiş 21 mart 2024-cü il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lerik Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar