Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-79/2024 15.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.1972-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, sürücü işləyən, Masallı rayon Köhnə Alvadı kəndində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik RPŞ-i X14 Bölməsinin Yol patrul inspektoru polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik RPŞ-i X14 Bölməsinin Yol patrul inspektoru polis baş serjantı X5 tərəfindən «DAEWOO DAMAS» Yük markalı “** CF ***” dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi illə inzibati xəta törətməsi haqqında «inzibati xəta haqqında» xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunmuş və həmin prtokol əsasında xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən prokoldan X6 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik RPŞ-i X14 Bölməsinin Yol patrul inspektoru polis baş serjantı X5 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Material üzrə işin məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və məhkəmənin vaxtı və yeri barədə qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik RPŞ-i X14 Bölməsinə vaxtında bildirilməsinə baxmayaraq YPX əməkdaşı X5 məhkməyə teleqrama ilə birlikdə xəstəxana arayışı təqdim edərək, işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir.Bu səbəbdən məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Material üzrə xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə baxışının vaxtı və yeri barədə qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik RPŞ-i X14 Bölməsinə vaxtında bildirilməsinə baxmayaraq, sonuncunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onun tərəfindən işə baxılmasınının təxirə salınması haqqında vəsatət daxil olmamışdır. Bu halda məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 133.2.4-cü maddəsinin tələbinə əsasən, işə qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət vermiş şəxs X6 şikayətini müdafiə edərək bildirmişdir ki, 30 mart 2024-cü il tarixdə saat axşam saatlarında Lerik rayonu Lerik Kəlvəz yolunda DAEWOO DAMAS YÜK markalı 44 CF413 dövlət qeydiyyat nömrə nişanlı avtomobili yol kənarında olan bulağın yanında saxladığı zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik Rayon Polis Şöbəsinin X14 Bölməsinin Yol patrul xidmətinin rəisi X8 və YPX-in inspektoru X5 tərəfindən saxlanılmışdır. Saxlanma zamanı YPX rəisi sənədləri ondan tələb etmiş və yoxlamışdır. Lakin sənədlərdə heç bir nöqsan olmadığından avtomobilin düz xətti tapdalayaraq keçdiyini demiş, həmçinin avtomobilin alın şüşəsində kiçik bir çat olduğunu görüb, şüşədə çat olduğundan avtomobilin duracağa aparılacağını demişdir. Ona şüşənin üzərinə yolda daş dəydiyini və çatın xırda olduğunu desədə lakin Yol patrul xidmətinin rəisi X8 və YPX-in inspektoru X5 ona heç bir məhəl qoymadan demişlər ki, maşın duracağa getməldiir. Maşınını Lerik RPŞ-in duracağına gətirib avtomobilini üç gün orada qanunsuz saxlamışlar. Avtomobilində olan alın şüşəsinin çartlaması konstruksiyanın nasaz olmasına və ya nəqliyyat vasitəsinin istismarına heç bir aidiyyatı yoxdur.Bundan əlavə avtomobilimin alın şüşəsində olan çatın müəyyən edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 71-ci maddəsinə əsasən ekspert dəvət edilməsini xahiş etsə də, lakin YPX rəisi R.Hüseynov onun həm vətəndaş qismində, həm də sürücü qismində hüquqlarımı kobud şəkildə pozmuşdur. YPX rəisi onu avtomobildən uzaqlaşdıraraq avtomobilini Lerik şəhəri ərazisində yerləşən Polis İdarəsinin həyətində olan müvəqqəti duracağa aparmışdır. Bu zaman YPX rəisindən tərtib olunmuş protokolu və avtomobilin duracağda saxlama barədə aktın surətini istəmiş, lakin ona protokolun və qərarın sürətini verməmişdir.Hətta YPX rəisi dolayı yollarla bürokratik əngəl yaradaraq süründürməçiliyə yol verərək avtomobilin üstündə alın şüşəsinin istismara yararsız olduğunu bilrirmiş və şüşəni yenisi ilə əvəz etməsini istəmişdir. Əks halda hətta təyin olunmuş cərimə məbləğinin ödədiyi təqdirdə avtomobilin müvəqqəti duracaqdan çıxmayacağını bildirmişdir. O isə öz növbəsində bunun qanunsuz olduğunu və bu halda İnzibati Xətalar Məcəlləsinin 97-ci maddəsinin (Nəqliyyat vasitəsinin saxlanması) tələblərinin pozulduğunu bildirmişdir. Lakin o bunların heç birinə məhəl qoymayaraq tələbini təkidlə bildirmişdir. Razi Hüseynovun bu hərəkətlərində möhkəm əsəbləşmiş və polis Şöbəsinin qarşısında özü pis hiss etmiş və təcili yardıma müraciət edəndən sonra təcili yardım maşını ilə onu xəstəxanaya apararaq orada ona tibbi yardım edib vəziyyətdən çıxarmışlar. Pulu olmadığı üçün Lerik şhərində mehmanxanada qala bilmədiyindən parkda olan oturacağın üstündə üç gün gecələmişdir. Sonra məcbur olub bir balaca şüşə çatına görə təzə alın şüşəsi gətizdirmişdir. Həmçinin avtomobilinin alın şüşəsin dəyişdirmək üçün avtomobili təmir ustasına aprmaq istəsədə, buna YPX rəisi R.Hüseynov imkan verməmiş işçiləri ilə birlikdə avtomoblinin alın şüşəsini təpiklə qıraraq yararsız hala salmışlar. Sonra isə YPX rəisinin göstərişi ilə inspektor onun barəsində İXM-in 342.5-ci maddəsi ilə protokol yazmışdır. Hesab edir ki, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik RPŞ-i X14 Bölməsinin Yol patrul inspektoru polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə qərarı qanunsuz və əsassızdır. Belə ki, inzibati xəta haqqında protokolun qanuniliyi və əsaslılığını yoxlamaq üçün məhkəmə İXM-in 109.1.3-cü maddəsin tələbinə əsasən iş barəsində zəruri olan əlavə materialın (inzibati xətanının törədilməsi istinad olunan yerdə və müddətdə vidieo görüntülərin) məhkəməyə təqdim edilməsini tələb etsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik RPŞ-i həmin sübutları məhkəməyə təqdim etməmişdir. Sözügedən inzibati qərarda şəxsin inzibati xəta törətməsini təsdiq edən hər hansı bir sübut növünə istinad edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə hesab edir ki, X2 inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında işdə onun iddia etdiyi halı inkar edən sübutlar olmalıdır, belə sübutlar isə yoxdur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə şəxsin baş vermiş xətada təqsiri kifayət qədər mötəbər sübutlarla sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 93.1-ci maddəsinin tələbinə əsasən nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. Həmin Məcəllənin 93.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur. Bu protokolda aşağıdakılar göstərilir; protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; nəqliyyat vasitəsinin sahibi barəsində məlumatlar; nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün əsaslar; nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar; aşkar edilmiş əşyaların növü, miqdarı və digər eyniləşdirmə əlamətləri, o cümlədən silahın markası, modeli, seriyası və nömrəsi, döyüş sursatının növü və miqdarı barədə məlumatlar; aşkar edilmiş sənədlərin növü və rekvizitləri; Həmin Məcəllənin 93.4-cü maddəsinə əsasən maddi sübutların qeydə alınması məqsədi ilə fotoşəkillərin, videoyazıların aparılması tətbiq edilir. Nəqliyyat vasitəsinə baxış barəsində protokolda fotoşəkillərdən, videoyazıdan istifadə edilməsi barədə qeyd aparılır. Baxış zamanı fotoşəkillərin, videoyazının tətbiq edilməsi ilə əlaqədar əldə edilmiş materiallar müvafiq protokola əlavə olunur. Həmin Məcəllənin 93.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi, habelə hal şahidləri tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 93.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və nəqliyyat vasitəsinin sahibinə verilir. Həmin Məcəllənin 99.1, 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsidir. Belə ki, yuxarıda göstərilən tələblər inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən pozulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1 saylı əlavəsində qeyd olunan nasazlıqlar siyahısında konstruksiyanın digər ünsürlərinin nazaslıqları da yer alır. Həmin müddəada qeyd olunub ki, nəqliyyat vasitəsinin digər ünsürləri nasaz olduqda həmin nasazlıqlar aradan qaldırılmalıdır. Avtomobilin şüşələri konstruksiyanın digər ünsürlərinə aid olunur. Yollarda hərəkət edən hər bir avtomobil saz və konstruktiv bütov vəziyyətdə olmaldır.Lakin konstruktiv bütov vəziyyət olmadığı dedikdə avtomobilin qabaq alın şüşsində çat olması nəzərdə tutulmamışdır. Göründüyü kimi nasazlığa görə məsuliyyət İXM-in 342.5-ci maddəsində yer alır. Həmin maddənin dizpozisiyasında qeyd olunur ki, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı nəzərdə tutulmuşdur. Qanunun bu cümləsində konkret olaraq qeyd olunub ki, “nasazlığı aradan qaldırmaq mümkün olmadıqda” sürücü məsuliyyətə cəlb olunur. Bu o deməkdir ki, sürücü nasazlığı aradan qaldıra bilmirsə o zaman cərimə oluna bilər. Lakin avtomobilin şüşəsində yaranmış çatın, nasazlığ səbəbi kimi qiymətləndilməsi və nəqliyyat vasitəsinin duracağa yerləşdirlməsi nəzərdə tutulmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 85-ci maddəsinin qeyd hissəsindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırır və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsini saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir). Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə belə hesab edir ki, X2 idarə etdiyi «DAEWOO DAMAS» Yük markalı “** CF ***” dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik RPŞ-nin DYPB-in rəisi polis mayoru X8 və Yol patrul inspektoru polis baş serjantı X5 tərəfindən saxlanılarkən və duracağa yerləşdirilərkən, Qanunun yuxarıda göstərilən müddəaları pozulmaqla, nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi nəzərdə tutulmadığı halda nəqliyyat vasitəsi duracağa yerləşdirlmiş, nəqliyyat vasitəsi duracağa yerləşdirildikdən sonra, nəqliyyat vasitəsinin duracağa yerləşdirlməsi barədə aktın bir nüsxəsi nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim edilməli olduğu halda təqdim edilməmiş, nəqliyyat vasitəsinin sahibi tərəfindən nəqliyyat vasitəsinin alın şüşəsi dəyişdirlərkən heç bir əsas olmadan YPX əməkdaşlarının müdaxiləsi nəticəsində nəqliyyat vasitəsinin alın şüşəsinin yararsız hala salaraq çıxardılması və nəticədə nəqliyyat vasitəsinin sahibinə maddi zərər vurlması halları müəyyən olunmuşdur. İşdə olan Nəqliyyat vasitəsinə Sərəncam verilməsi haqqında ƏN-Vİ № 524728 saylı Etibarnamənin surətindən görünür ki, X4 «DAEWOO DAMAS» Yük markalı “** CF ***” dövlət qeydiyyat nişanlı avtomobil idarə etməsi etibar edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 barəsində İXM-in 342.5-ci maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, X6 İXM-in 342.5-ci maddəsi ilə 50 manat inzibati qaydada cərimə edilmişdir. İşdə olan X7 X13 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 “Xroniki pielonefrit” diaqnozu ilə Lerik RMX-da ambulator müalicədədir və ona ƏQO vərəqəsi açılmışdır. Göründüyü kimi, Ambulator müalicənin mənası (lat. ambulatorius; azərb. səyyar) əhaliyə xəstəxanadankənar həkim yardımı göstərən müalicə-profilaktika müəssisəsi. Ambulatoriya ərazi sahə prinsipi üzrə tibbi yardım göstərir. Ambulatoriyalar müstəqil və ya xəstəxana nəzdində ola bilər. Poliklinikadan fərqli olaraq, ambulatoriya xəstələrə yalnız əsas ixtisaslar üzrə tibbi yardım göstərir. Ambulatoriya dispanserizasiya (xəstələri vaxtında aşkara çıxartmaq) və səhiyyə maarifi ilə də məşğul olur. Səyyar ambulatoriyalarda var. Onlarda terapiya və cərahiyyə kabinetləri olur. “Gündüz stasionarı” və “gündüz yerləşdirmə stasionarı” anlayışların fərqi ondan ibarətdir ki, “gündüz stasionarı” termini həmin struktur bölmənin ambulator-poliklinik müəssisədə yerləşməsinə, “gündüz yerləşmə stasionarı” termini isə texniki cəhətdən daha yüksək səviyyədə təchiz olunmuş hospital müəssisəsində yerləşməsini göstərir. Aralarında intervala riayət olunmasını tələb edən böyük həcmdə diaqnostik müayinələrin və müxtəlif prosedurların olduğu, intensiv reabilitasiya prosesi mərhələsində pasiyentin palatada stasionar yerləşməsi, prosedur arası fasilələrdə vaxt keçirməyə, növbə gözləyərkən vaxt itirmədən istirahət etmək üçün nəzərdə tutulmuşdur. X1 “Xroniki pielonefrit” diaqnozu ilə Lerik RMX-da xx.xx.2024-cü il tarixdə ambulator müalicədə olması onun məhkəmə iclasında iştirak etməsinə heç bir maneə törətməsədə lakin X5 şikayət üzrə işin tam obyektiv həll edilməsinə mane olmaqdan ötrü məhkmə iclasında iştirak etməkdən yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hallardan bəhs edən 75.0.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə ilk növbədə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir.Təqdim edilmiş sübutlar İXM-in 84.1-ci maddəsinin tələbinə əsasən (İnzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.) hazırkı iş üzrə inzibati xəta hadisəsinin olmasını kifayət qədər təsdiq etmədiyinə görə məhkəmə hesab edir ki, X4 istinad edilən və İXM-in 342.5-ci maddəsində nəzərdə tutlan inzibati xəta hadisəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görəsəlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 105, 114, 115, 128-130, 133-134-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik RPŞ-i X14 Bölməsinin Yol patrul inspektoru polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xətalar haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-79/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-79/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver