Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-80/2024 18.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 qəbul etdiyi 14 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi X8 tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 qəbul etdiyi 14 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. X5 həmin qərardan Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə uyğun olaraq yaşayış yer üzrə Lerik Rayon Məhkəməsinə şikayət verib Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 qəbul etdiyi 14 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X5 şikayəti müdafiə edərək izahatında göstərdi ki, Lerik şəhəri Nizami küçəsində fiziki şəxs kimi kiçik sahibkarlıqla yəni “Yağmur” gözəllik salonunda saç kəsimi, gəlin bəzəkləri, gəlin maşını bəzəkləri və lazer aparatı vasitəsi ilə bədəndə olan tüklərin təmizlənməsi xidmətlərini göstərir.Göstərdiyi xidmətlər sahəsinə heç bir lisenziya tələb olunmur. Lakin Polis əməkdaşları ondan hər ay 200 manat (haqq) pul tələb etmiş, əgər verilmədiyi halda barəsində Səhiyyə nazirliyinə müraciət olunacğını bildimişlər.Səhiyyə nazirliyinin əməkdaşları salona gəlmiş və ondan izahat alıb getmişlər. Lakin sonradan ünvanına 31 mart 2024-cü il tarixə inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar gəlmişdir.Həmin qərarla tanış olandan sonra ona məlum olmuşdur ki, güya o, kosmetoloji fəaliyyət (tibbi fəaliyyət) göstərməklə İXM-in 210.1-ci maddəsi ilə 5000 (beş min) manat cərimə olunmuşdur.Lakin İXM-in 210.1-ci maddəsinin dizpozisiyanda lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşqul olmağa görə cərimə nəzərdə tutulmuşdur. O, heç bir özəl tibbi fəaliyyətlə və əczaçılıqla məşqul olmur. Odur ki, barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar əsassız olduğundan Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 qəbul etdiyi 14 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş səlahiyyətli orqan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb, sübutlara obyektiv, hüquqi qiymət verərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X6 tərəfindən qəbul edilmiş14 mart 2024-cü il tarixli MN № ******* saylı inizbati tənbehvermə haqqında qərarında X3 lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşqul olması qeyd olunsa da , lakin X2 hansı hərəkətlərində özəl tibbi fəaliyyətlə məşqul olmasını barədə halları göstərə bilməmişdir. Bununla yanaşı məhkəməyə təqdim olunmuş materiallarda X3 göstərilən hərəkətlərə yol verildiyini təsdiq edən sənədlər və şahid ifadələri də mövcud deyildir. Göründüyü kimi təqdim olunmuş iş materiallarında, tərtib olunmuş protokolda və inzibati tənbehvermə haqqında qərarda X3 lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşqul olması istisna olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan X5 isə şikayətində özünü təqsirli hesab etməyərək heç bir inzibati xəta hadisəsi törətməməsini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hətta X1 fəaliyyətlə (saç kəsimi, gəlin bəzəkləri, gəlin maşını bəzəkləri və lazer aparatı vasitəsi ilə epilyasiya xidmətləri)məşqul olması faktı mövcud olsa belə həmin fakt üzrə İXM-in 210.1-ci maddəsi ilə məsuliyyət daşımır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Şəhadətnamədən görünür ki, X5 fiziki şəxs kimi xx.xx.2018-ci il tarixdə qeydiyyat ünvanı(VÖEN) ********** saylı X7 Uçotu Haqqında şəhadətnamə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi X8 tərəfindən tərtib edilmiş 12 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarından da müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 qəbul etdiyi 14 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbehvermə haqqında qərarına əsasən X5 İXM-in 210.1-ci maddəsi ilə 5000 (beş min) manat cərimə edilmişdir. Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavədə müəyyən olur ki, Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında bərbərxana fəaliyyəti üçün lisenziyanın nəzərdə tutulmamışdır. Eyni zamanda kosmetoloji prosedurlar aşağıdaklardan ibarətdir.1.Dəri xəstəlikləri müayinə və müalicəsi:Sızanaq, akne vulqaris, rozase, gənə və dəridə olan hər növ səpgilərin həm daxildən həm prosedurlar ilə paralel müalicəsi:2.Lazer Prosedurları:Xal, papiloma, dəri törəmələrin lazerlə götürülməsi Çapıqlar, poralar, izlər, dəri çatlarının müalicəsi Çil, ləkə, tattoo silinməsi və s. piqment problemlərinin müalicəsi Kapilerlər, qızartılar, damar mənşəli xalların müalicəsi,Saç Tökülməsi:Saç tökülmənin müayinə və müalicəsi (Mezoterapiya, PRP) və Saç əkimi:3.Antiaging program:Lazerlər vasitəsi ilə dəri cavanlaşması Dolğu, filler, botoks Mezosaplar, liftinq saplar Mezoterapiya, biorevitalizasiya Piling, facemodeling:4.Dəri cərrahiyyəsi:Xal, kista, çapıq cərrahiyyəsi və s. Post akne çapıqlar üçün mikrocərrahiyyə Dırnaq cərrahiyyəsi Lazer cərrahiyyəsi:Dəri müayinəsi, dəri növünü dəqiqləşdirmək Dəriyə uyğun olan kosmetik vasitələrin təyini Baxım üçün program əsasında lazım olan prosedurlar5.Hər növ dəri xəstəliklərinin ən müasir üsullarla müalicəsindən ibarətdir. Göründüyü kimi X5 tərəfindən fiziki şəxs kimi işlətdiyi “Yağmur” Gözəllik Salonunda əhaliyə xidməti -saç kəsimi, gəlin bəzəkləri, gəlin maşını bəzəkləri və lazer aparatı vasitəsi ilə bədəndə olan tüklərin aparat vasitəsilə təmizlənməsi xidmətlərindən ibarətdir. Bu hal isə özlüyündə tibbi fəaliyyət növünə aid olmamaqla yanaşı lisenziya tələb olunan fəaliyyət növünün siyahısına aid deyildir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 14 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, eyni zamanda həmin protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X6 tərəfindən 14 mart 2024-cü il tarixli MN № ******* saylı qərar qəbul edilərkən X5 əsassız olaraq inzibati qaydada cərimə edilmişdir. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, şikayət təmin edilməli və X5 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 qəbul etdiyi 14 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130, 133-134-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 qəbul etdiyi 14 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X4 qəbul etdiyi 14 mart 2024cü il tarixli MN № ******* saylı qərarın hüquqi nəticələri ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-80/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-80/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver